“Rusiya üçün Azərbaycanla əlaqə saxlamaq çox vacibdir”
Tarix: 16.07.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


“Ermənistan bu gün o qədər çətin geosiyasi vəziyyətdədir ki, inteqrasiya proseslərində iştirak etmək iqtidarında deyil”

Ermənistanın Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində assosiativ üzvlüklə bağlı sənəd imzalamağa hazırlaşması Moskvada birmənalı qarşılanmır. Rusiyalı ekspertlərin bir-birinin ardınca bu məsələyə münasibət bildirməsi və Ermənistana açıq şəkildə mesaj göndərmələri də bu məsələyə mənfi münasibətin göstəricisi sayıla bilər.


“Rusiya qlobal siyasətdə” jurnalının redaktoru Fedor Lukyanov «Tert.am»a müsahibəsində bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə hər hansı sənəd imzalaması heç bir əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, Avropa İttifaqı elə vəziyyətdə deyil ki, «Şərq Tərəfdaşlığı» proqramının əhatə etdiyi ölkələr, o cümlədən Cənubi Qafqaz ölkələrinə diqqət ayıra, yardım edə bilsin: «Sadəcə, Avropa İttifaqının fərqli prioritetləri, gündəmi var. Doğrudur, Avropa ilə Rusiya arasında rəqabət var, müəyyən gərginliklər olur, amma bunun Ermənistana dəxli yoxdur. Yəni, bu məsələlərin Ermənistana çox az dəxli var. Məsələn, ritorik rəqabətin Ukraynaya daha çox dəxli var. Həmin ritorika Avropa İttifaqının keçmiş sovet ölkələrinə aid olan, demək olar ki, bütün sənədlərində yer alır. Praktikada isə bunlar heç bir əhəmiyyət kəsb etmir, eləcə də hər hansı sənədin imzalanması Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ermənistan bundan heç nə əldə etməyəcək». Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenkonun açıqlamalarına münasibət bildirən ekspert qeyd edib ki, onsuz da Ermənistanın öz «cəhənnəmi» var və bunun Avropa İttifaqı ilə hər hansı sənəd imzalanması ilə heç bir əlaqəsi yoxdur: «Ermənistanın izolyasiyada olması, çıxılmaz vəziyyətdə qalmasını nəzərdə tuturam. Bu fakt da təsdiqləyir ki, izolyasiyada olan Ermənistan heç bir inteqrasiya prosesində iştirak edə bilməz. Ermənistanı bu gün heç Avrasiya İttifaqına da dəvət edən yoxdur. Bu təşkilatın prioritetləri fərqlidir. Yəni, Ermənistan bu gün o qədər çətin geosiyasi vəziyyətdədir ki, inteqrasiya proseslərində iştirak etmək iqtidarında deyil. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına gəlincə, burada nəyisə dəyişmək mümkün deyil. Rusiya bu təşkilat çərçivəsində Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və Ermənistanın başqa təhlükəsizlik təminatçısı ola da bilməz». Ekspert qeyd edib ki, Rusiya Cənubi Qafqazda çox ehtiyatlı, balanslı siyasət həyata keçirməyə çalışır: «Moskva Cənubi Qafqaz siyasətində Azərbaycanla Ermənistan arasında balans yaratmağa çalışır. Ermənistan Rusiyanın müttəfiqidir və Moskva müttəfiqini müdafiə etməyə borcludur. Rusiya eyni zamanda Azərbaycanla da münasibətlərini saxlayır. Məsələ ondadır ki, Rusiya üçün Azərbaycanla münasibətlərin saxlanması, bu ölkə ilə əlaqə saxlamaq imkanının olması çox vacibdir». Fedor Lukyanov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunaraq bildirib ki, bu məsələ təkcə Rusiya üçün deyil, hamı üçün çətin məsələdir. Elə buna görədir ki, Rusiya bütün imkanlardan-siyasi, iqtisadi, hərbi, diplomatik imkanlardan istifadə edərək hər iki tərəflə münasibətlər saxlamağa çalışır ki, hərbi əməliyyatlar bərpa olunarsa, tərəfləri saxlaya bilsin. Onun sözlərinə görə, Avropa İttifaqı belə situasiyada vəziyyətə müdaxilə etməyəcək: «Bu, onların profilinə, maraqlarına uyğun deyil. Burada avropalıların psixologiyasını anlamaq lazımdır. Onlar sadəcə burada olmaq, görünmək istəyirlər, nələrəsə qarışmaq onların maraqlarına uyğun deyil. Assosiativ üzvlüklə bağlı sənədin imzalanması belə, heç nəyi dəyişmir. Ermənistanın belə bir sənədi imzalaması Rusiya üçün əhəmiyyət kəsb etmir. Rusiya üçün əhəmiyyətlisi Vilnüs sammitində Ukrayna ilə bağlı nələrin baş verməsidir. Məsələ ondadır ki, Ukraynanın Avrasiya İttifaqına qoşulması məsələsi müzakirə predmetidir, Ermənistanın isə yox. Vilnüsdə imzalanacaq sənədlər praktikada heç bir əhəmiyyət kəsb etməyəcək. Avropa İttifaqı sadəcə olaraq göstərmək istəyir ki, bölgədə işləyir. Regionda genişlənmə ilə bağlı heç bir addım yoxdur, bu kontekstdə Qafqazı, ümumiyyətlə, azı 50 il unutsunlar. Avropa İttifaqına aktiv beynəlxalq güc olduğunu nümayiş etdirmək lazımdır, bunu da nümayiş etdirir».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info