İlk telekommunikasiya peykimiz kommersiya fəaliyyətinə başlayıb
Tarix: 16.07.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın «Azərsapce-1» ilk telekommunikasiya peyki bu gündən etibarən tam kommersiya fəaliyyətinə başlayıb. Bununla bağı olaraq «Azərkosmos» ASC və «ANS Müstəqil Yayım və Media» şirkəti arasında «Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında» müqavilə imzalanıb.
Sənədi «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev və «ANS Müstəqil Yayım və Media» şirkətinin prezidenti Vahid Mustafayev imzalayıblar. Bununla da bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından sonra həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq. İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.

Peyklərin ehtiyat idarəetmə mərkəzi
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, «Azərkosmos» ASC-nin Naxçıvanda ehtiyat idarəetmə mərkəzi artıq fəaliyyətə başlayıb. Eyni zamanda, müqaviləyə əsasən, Azərbaycan Malayziyada qəza hadisələrinin idarəsinin effektivliyini artırmaq üçün əlavə ehtiyat sistemi qurub. Nazir qeyd edib ki, artıq Azərbaycanda peyklərin yerüstü idarəetmə mərkəzi istifadəyə verilib: «Onun inkişafı davam etdirilir. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda regional mərkəzdir. Mərkəz Azərbaycan üzərində uçan peyklərlə yanaşı, digər peyklərə də xidmət etmək qabiliyyətinə malikdir».

«Azerspace-1» layihəsi üçün cəlb olunan kredit vaxtından əvvəl qaytarılacaq

Nazir bildirib ki, Azərbaycanın ilk telekommunikasiya peyki - «Azerspace-1»in orbitə çıxarılması layihəsinin rentabelliyini təmin etmək üçün bütün hesablamalar layihə mərhələlərində aparılıb. Layihənin dəyəri yerüstü stansiya ilə birlikdə 230 mln. ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, layihənin 15 il müddətində gəlirlərinin təxminən 600 mln. dollardan çox olması planlaşdırılır: “Artıq may ayında peyk 4,2 mln. dollar qazandırıb və kreditlərin ödənilməsinə başlanılıb. Kredit Azərbaycana 10 il müddətinə verilsə də, onun artıq 7 il ərzində qaytarılması mümkün olacaq. Hesab edirəm ki, layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb və hazırda danışıqlar aparılır ki, ilin sonuna kimi 70-80%-ə çıxa bilək”.

Azərbaycanda regionun
ilk fiber-optik xətlər toxumalarının kimyəvi
hissəsinin istehsalı zavodu tikiləcək

Ə.Abbasov onu da bildirib ki, Azərbaycanda regionun ilk fiber-optik xətlər toxumalarının kimyəvi hissəsinin istehsalı zavodu tikilə bilər. Bunu Əli Abbasov deyib. Onun sözlərinə görə, xarici ölkələr yüksək texnologiyalar parkının açılması ilə əlaqədar Azərbaycanda yeni texniki layihələrin maliyyələşdirilməsinə maraq göstərir: «Avstriya şirkəti Azərbaycanda fiber-optik xətlərin toxumalarının kimyəvi hissəsinin istehsalı üçün nəzərdə tutan zavodun proqramını hazırlayıb. Bu zavod Azərbaycanda tikilərsə, bu, regionda ilk analoji zavod olacaq. Hazırda bu istiqamətdə işlər gedir».

«Avqustun 1-dən mobil nömrələrin daşınması
sistemini tətbiq etməyən operatorlar cərimələnəcək»

Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları artıq avqustun 1-dən etibarən mobil nömrələrin daşınması prosesinə başlamalıdır: «Qanunvericiliklə bu proses belə müəyyən olunub. Əgər təyin olunan vaxtda bu iş icra olunmasa, həmin mobil operatorları cərimə edəcəyik». Qeyd edək ki, Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq. Hesablamalara görə, bu sistemin tətbiqi ümumiyyətlə, yekunda mobil danışıqların 10% ucuzlaşmasına səbəb olur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info