“SOCAR” yay məktəbi-2013” çərçivəsində test imtahanı
Tarix: 16.07.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində “SOCAR” yay məktəbi-2013” layihəsi çərçivəsində test imtahanları keçirilib. Xüsusi proqram təminatının köməyi ilə təşkil edilən test imtahanlarında ümumilikdə 152 nəfər iştirak edib. Onlardan 141-i Azərbaycan bölməsi üzrə, 11-i isə rus bölməsi üzrə biliklərini sınayıb. İştirakçılar 90 dəqiqə ərzində məntiqi təfəkkürdən 50 ədəd test tapşırığı sualını cavablandırıblar.
İmtahan bitdikdən dərhal sonra hər bir iştirakçıya nəticələrlə tanış olmaq imkanı verilib. Test imtahanından müvəffəqiyyətlə keçənlər layihənin növbəti mərhələsinə - müsahibəyə dəvət olunacaqlar.
Enerji sektorunun müxtəlif sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, emalı və neft-kimya, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edərək ARDNŞ-in iş mexanizmi barədə iştirakçılarda ümumi fikir yaratmaq məqsədi daşıyan “SOCAR” yay məktəbi” layihəsi 2010-cu ildən etibarən həyata keçirilir. Cari il iyunun 7-dən 28-dək elan edilən “SOCAR” yay məktəbi-2013” layihəsinə sənəd qəbulu zamanı Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 36 ali təhsil müəssisəsindən müraciət etmiş 276 namizəddən (28 nəfəri ARDNŞ-in işçisi olmaqla) 210-u ilkin seçim nəticəsində I turda - test imtahanında iştirak etmək hüququ qazanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info