“Elşad Abdullayev 30 min dollar təklif etdi ki, Arzuya pul verdiyinə şahidlik edim”
Tarix: 17.07.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi proses şahid Rövşanə Əliyevanın ifadəsi ilə davam etdirilib. R. Əliyeva bildirib ki, Eldəniz Abdullayevi Bakı Dövlət Universitetindən tanıyıb: “Həmin vaxt mən ikinci təhsil almaq istəyirdim. Eldəniz Abdullayevlə tanış oldum. Mənə dedi ki, gəl Azərbaycan Beynəlxalq Universitetində işlə. Mən də razılaşdım. Lakin sonradan gördüm ki, məni aldadırlar” Dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandıran R. Əliyeva bildirib ki, Eldəniz Abdullayevlə münasibətləri yaxşı olub: “Mahirin itkin düşməsini də mənə Eldəniz xəbər verdi. Dedi ki, başımıza daş düşüb, qardaşım itib”. Arzu Kazımovla münasibətlərinə də aydınlıq gətirən R.Əliyeva bildirib ki, A.Kazımovun həyat yoldaşının xalası ilə qonşu olublar: “Qonşumuzun danışıqlarından eşitmişdim ki, Arzu Kazımov iş adamıdır. Elşadgil də Arzunu qiyabi tanıyırdılar. Həmin vaxt Mahirin işi ilə əlaqədar daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin qəbuluna düşmək istəyirdilər. Bunun üçün də Arzu Kazımovdan xahiş etmək istəyirdilər ki, o, Zahid Dünyamalıyevlə danışsın. Məndən də Arzu Kazımovun nömrəsini istədilər. Əvvəlcə vermədim, sonra Eldəniz əl çəkmədi, mən də verdim. Elşad deyirdi ki, Arzu Kazımov tikinti işləri ilə məşğul olur. Biz onunla biznes əlaqələri də qurarıq. Bundan sonra mənim onların əlaqələrindən o qədər də xəbərim olmayıb. Daha sonra isə Elşadgil mənə təzyiq etməyə başladılar. Elşad deyirdi ki, biz elə bir şey edəcəyik ki, bütün ölkə qarışacaq. Gəl keç bizim tərəfimizə. Sənə 30 min dolar verim, gedək notarial qaydada təsdiq et ki, mən Arzu Kazımova pul verəndə yanımızda olmusan. Mən də buna razılıq vermədim” . R.Əliyeva onun da görüntüləri olan videomaterialların montaj olunduğunu bildirib. Daha sonra prosesdə A. Kazımovun oğlu Zaur Kazımov və qardaşı Nizami Kazımov ifadə verib. Zaur Kazımov bildirib ki, Elşad Abdullayevi atasının dostu kimi tanıyıb. Proses iyulun 25-də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info