“Ciddi beynəlxalq təşkilatlar yalançı müxalifətin yox, Azərbaycan dövlətinin mövqeyini qəbul edir”
Tarix: 17.07.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “Eldar Namazov elə bir siyasi fiqur deyil ki, onu tanısınlar”

Xəbər verildiyi kimi, ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. Mediada bu dinləmələr canlı olaraq yayımlanıb. Bu dinləmələrdə azərbaycanlı millət vəkilləri ilə yanaşı müxalifətimizi təmsil edən Erkin Qədirli, “milli şura”nın nümayəndəsi Eldar Namazov da iştirak ediblər. Öncə qeyd edək ki, Azərbaycanla ABŞ arasında sıx əməkdaşlıq və yüksək səviyyəli münasibətlər mövcuddur. ABŞ hazırda ölkədə gedən siyasi prosesləri, seçki proseslərini yaxından izləyir. ABŞ Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır. Bu baxımdan ABŞ səfiri Riçard Morninqstarın fikirləri və mövqeyi də məlumdur. ABŞ üçün əsas olan seçkilərin demokratik və şəffaf keçirilməsidir ki, elə ən çox da Azərbaycan hakimiyyəti bunda maraqlıdır. Azərbaycan dövləti qarşıdakı seçkilərin ən yüksək səviyyədə və demokratik keçirilməsi üçün bütün tədbirləri görür və bunun üçün bütün imkanlar yaradılıb.

Helsinki Komitəsindəki dinləmələrdə çıxış edən Eldar Namazov və Erkin Qədirli isə ölkədəki siyasi proseslər barədə əsaslı faktlar və arqumentlər ortya qoya bilməyiblər. Erkin Qədirlinin ekspertlərə “fəlsəfə dərsi” keçmək istəyi və taftoloji fikirləri narazılıqla qarşılanıb. “Milli şura”çı E.Namazovun da çıxışı maraq doğurmayıb. Azərbaycan iqtidarının təmsilçisi Səməd Seyidov isə çox inamlı görünürdü və auditoriyada öz çıxışı ətrafında müsbət qənaət, dolğun fikir yarada bilib. Azərbaycan müxalifəti isə bu dəfə də fərqli mövqeyini layiqincə təqdim edə bilmədi və orada uğursuzluğa uğradı. Bu uğursuzluq sosial şəbəkələrdən və media yazılarından da aydın görünür. Beləliklə, müxalifətin bu barədə təqdimatı uğursusluğa düçar oldu. Dinləmələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, hakimiyyətin mövqeyi isə müxalifətə gəldi. Çünki Azərbaycan hakimiyyətinin mövqeyi Azərbaycan dövlətinin, milli maraqlara əsaslanan dövlətçiliyin mövqeyi ilə eynidir və üst-üstə düşür, faktlara söykənir. Müxaliflərin çıxışları isə yalançı donosbazlıq üzərində qurulduğuna görə, iflasa uğradı. Müxalifətin hazırkı vəziyyətini müxalifətçilər özləri də gözəl bilirlər, lakin bunu etiraf edə bilmirlər... Hamısı gözəl bilir ki, müxalifətin bu gün seçkidə qalib gələcək gücü, sosial bazası yoxdur. Eləcə də müxalifət reallıqda hər məsələyə görə bir-birini linçləməyə belə hazır olan əksliklərdən ibarətdir. Müxlaifətdə hazırda hamı-birinə qarşı kompromat savaşı aparır, bir-birilərini təkzib edir və bir-birilərinə badalaq gəlirlər. Bütün bunlar daxildən aydın göründüyü kimi, xarici ölkələrdən də bu barədə ətraflı bilirlər. Çünki müxalifətin bugünkü davranışları ölkədəki diplomatik korpuslar tərəfindən məruzələrlə mənsub olduqları ölkələrə çatdırılır.
“Palitra”ya bu barədə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli belə qeyd etdi: “Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı müxtəlif kanallardan informasiya alırlar. Burada xarici ölkələrin səfirlikləri var. Onlar Azərbaycanla bağlı gerçək informasiyaları toplayıb, beynəlxalq təşkilatlara, təmsil etdikləri dövlətlərə göndərirlər. Bu da onu göstərir ki, ciddi beynəlxalq təşkilatlar və onların rəsmiləri müxalifətin verdiyi raportlarla kifayətlənə bilməz və onlarla razılaşa bilməz. Çünki onların Azərbaycandakı gerçəkliklərlə bağlı obyektiv, dolğun informasiyaları var. Onlar kimin kim olduğunu çox gözəl bilirlər. Bəzi müxalifətçilər zorla dəvət almağa çalışaraq müəyyən beynəlxalq təşkilatların tədbirlərində ağzına gələn çıxışlar edirlər. Elə bilirlər ki, onların dedikləri, nağılları qəbul olunacaq. Bəzi beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycana qarşı çox qərəzli mövqe nümayiş etdirirlər. Məsələn, “Freedom House”, “Human Rights Watch” kimi qurumların xüsusi missiyası var və onlar qərəzli hesabatlar hazırlamaqda xüsusi məqsədlər güdürlər. Amma bu cür “ara” təşkilatlarından fərqli olaraq ciddi və daha yüksək ranqlı xarici qurumlar, beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin mövqeyini qəbul edir. Eləcə də ABŞ Konqresinin Helsinki Komitəsində də Azərbaycanla bağlı səhih məlumatlar var. Səməd Seyidovun çıxışı orada daha inandırıcı olub. Çünki Səməd Seyidovun etdiyi çıxış, onun gətirdiyi faktlar, arqumentlər və dəlillər diplomatik korpusların göndərdikləri məlumatlarla üst-üstə düşür. Onlar görürlər ki, Azərbaycan iqtidarının nümayəndəsi doğru danışır və obyektiv faktlara, məlumatlara söykənir. Onlar görürlər ki, Azərbaycan insan haqları və söz azadlığı məsələlərində postsovet ölkələri içərisində ən yaxşı mövqedədir. Bütün bunlara görə də Azərbaycan iqtidarının mövqeyi burada daha ciddi və düzgün olaraq qəbul edilib”.
Digər bir məqam isə həmin dinləmələrdə iştirak etmək üçün cidd-cəhdlə özünü tədbirə dürtüşdürən “milli şura” nümayəndəsi Eldar Namazovun reputasiyası ilə bağlıdır. Belə ki, bu adam indiyə qədər nəinki ölkə xaricində tanınmır, heç Azərbaycan cəmiyyətində də ciddi və normal siyasətçi kimi tanınmayıb. Elə ABŞ-da da bu adama qeyri-ciddi münasibət bəslənəcəyi və ona etimadsız yanaşılacağı ağlabatandır. Çünki bu şəxs özünü Azərbaycan cəmiyyətində Rusiyadakı bəzi dairələrə işləyən siyasətçi kimi sırımağa çalışır. Həmçinin Rusiyada yaşayan “milli şura” sədri Rüstəm İbrahimbəyovun sözçüsü kimi çıxış edir. Bu barədə fikirlərini bildirən Mais Səfərli belə dedi: “Birincisi, Eldar Namazov elə bir siyasi fiqur deyil ki, onu tanısınlar və qəbul etsinlər. O, bugünlərə qədər iqtidarın dəftərxanasında işləyən sıradan bir şəxs olub. İndi şəxsi ambisiyalara görə müxalifətə keçib. Onların yaratdığı qurumun sədri Rüstəm İbrahimbəyov da Rusiyadakı dairələrə bağlı adam kimi özünü göstərir və Rusiya vətəndaşıdır. Qərb dövlətləri isə bu şəxslərə inamsızlıq və şübhə ilə yanaşırlar. “Milli şura”da Qərb dövlətlərində inam yoxdur. Onlardan fərqli olaraq Azərbaycan dövlətinin və iqtidarının beynəlxalq təşkilatlardakı reytinqi və nüfuzu hamıya bəllidir. Məsələn, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, yaxud beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini hər dəfə daha da yüksək səviyyədə qeyd edirlər və sair. Bütün bunlarda, Azərbaycanla bağlı səsvermədə ölkənin inkişafı ilə bağlı bütün məqamlar nəzərə alınır. Bu baxımdan istər müxaliflərin, istərsə də onların qəzetlərinin yalanlarına kimsə inanmır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info