Kartof dolması
Tarix: 21.01.2019 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, “3 bacı” dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı.
Bəs heç kartof dolması yemisiniz? Sizə fərqli kartof dolmasının reseptini təqdim edirik.


Ərzaqlar:
- 6 ədəd kartof
- qızartmaq üçün duru yağ
- 200 qram az yağlı qıyma
- 2 xörək qaşığı zeytun yağı
- 1 ədəd soğan
- 2 diş sarımsaq
- 1 çay qaşığı pomidor tomatı
- 1 çay qaşığı istiot
- duz

Servis üçün:
- nanə qurusu
- qırmızı istiot

Hazırlanması:
1. Kartofların içini oyun və duru yağda qızardın.
2. Qıymanı, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun.
3. Hazırladığınız içliyi kartofların içinə yığın.
4. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin.
5. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin.

Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Mercimekli köfte” – mərci kotleti necə hazırlanır?
11.10.2019
“Zeytinyağlı yaprak sarma” necə hazırlanır?
05.10.2019
“Çərkəz toyuğu“
30.09.2019
Toy şorbası (düğün çorbası) necə hazırlanır?
28.09.2019
Çiyələk cemi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Gələn il əmək pensiyaları bir daha artırılacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info