“Sondakika.com”: “Star” NEZ “Ən yaxşı maliyyə idarəçiliyi layihəsi” mükafatına layiq görülüb”
Tarix: 22.01.2019 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Məsud İlter: “Neft Emalı Zavodu istehsal etdiyi əlavə dəyərli məhsullarla iqtisadiyyata fayda verəcək”

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində inşa etdiyi “Star” Neft Emalı Zavodu İngiltərənin maliyyə və iş analizi jurnalı olan “International Finance Publications” tərəfindən maliyyə kateqoriyasında "Ən yaxşı maliyyə idarəçiliyi layihəsi" mükafatına layiq görülüb. “SOCAR Turkey Enerji A.Ş”-ın məlumatına görə, “International Finance Publications” jurnalı Avropa, Asiya, Yaxın Şərq və Afrikada 10 kateqoriyada mükafat təqdim edib. Hər il verilən mükafatlarda, “Star” NEZ maliyyə kateqoriyasında “Ən yaxşı maliyyə idarəçiliyi layihəsi” mükafatını alıb.
“Star” NEZ-in icraçı direktoru Məsud İlter, ümumi investisiya məbləği 6.3 milyard dollar olan şirkətin 3.3 milyard dollarının layihə maliyyəsi krediti şəklində, qalan hissəsinin isə resurslarla ödənəcəyini bildirib. Layihədə kredit məbləği, müddəti və qaynaqları baxımından bir ilkə imza atdıqları maliyyə paketinin bu günə qədər bir çox mükafat qazandığını söyləyib: “"International Finance Awards” çərçivəsində layiq görüldüyümüz bu mükafat isə layihə maliyyəsini 5 il ərzində müqavilə qaydalarına uyğun, təsirli və müvəffəqiyyətli davam etdirdiyimiz üçün verildi. İstər inşaat mərhələsində yaratdığı məşğulluq həcmilə, istərsə də bir çox mənbə və ən yaxşı idarə olunan layihə maliyyələşdirilməsi ilə həyata keçən, Türkiyə və Azərbaycana etibar və dəyər qatan Neft Emalı Zavodu istehsal etdiyi əlavə dəyərli məhsullarla iqtisadiyyata fayda verəcək”.
İllik 10 milyon ton xam neft emalı ilə Türkiyənin illik təxminən 38 milyon ton neft məhsulu ehtiyacının 25 faizini tək başına qarşılayacaq olan “Star” NEZ, dizel, reaktiv yanacağı və nafta kimi strateji məhsulların idxalını azaldaraq büdcə kəsirinin ildə təxminən 1,5 milyard dolların azaldılmasına kömək edəcək.
2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.
Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” Neft Emalı Zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək.
SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Aliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının, demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info