“Milli şura” niyə Qarabağ konsepsiyasını hazırlaya bilmir?
Tarix: 17.07.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Akif Nağı: “İkitirəlik olan qurumda Qarabağ konsepsiyası hazırlana bilməz”

Son günlər “milli şura”nın daxilində olan çaxnaşmalarla yanaşı, bu qurumun Qarabağ məsələsinə müəmmalı yanaşması məsələsi də ictimaiyyət arasında daha çox müzakirə mövzusuna çevrilib. Məsələnin ən maraqlı tərəfi odur ki, xalq üçün çalışdıqlarını bəyan edib seçkilərdə dəstək istədiyini deyən qurumun rəhbərləri xalqın ən yaralı yeri olan Qarabağla bağlı hələ də konsepsiya hazırlaya bilməyiblər. Görünür bu məsələ ətrafında da ikitirəlik yaranıb.
“Palitra”ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “milli şura”nın bir sıra anormal fəaliyyətinə etiraz etdiyini bildirdi:
“Milli şura”da təmsil olunanlar cəmiyyətin adından danışaraq guya Azərbaycan xalqını təmsil edirlər. Bu qurumda olanlar demokratiyadan danışsalar da, özlərini demokrat kimi aparmırlar. Onlara o səlahiyyəti kim verib ki, xalqımızın adından danışsınlar? Beş-altı sosial bazası aşağı olan partiya və partiyalara dəxli olmayan müəyyən şəxslər yığışaraq qurum yaradıb seçkilərlə əlaqəli işlər qururlar. Amma xalqın adından danışmaq və ya onun ən yaralı yeri olan Qarabağla bağlı yeri gələndə lazımsız fikirlər səsləndirib müəyyən işlər görmək görüntüsü yaratmaq lazım deyil. Əslində onların nəinki xalqın təmsilçisi kimi görüntü yaratmaları, ümumiyyətlə müxalifəti əhatə etdiklərini demələri düzgün deyil”.
QAT sədri deyir ki, iş o yerə çatıb ki, son vaxtlar bu adamar bir çox məsələlərdə hamıdan haqlı olduqlarını da ortaya qoymağa çalışırlar. “Milli şura”dakılar əslində isə Azərbaycan cəmiyyətinin ən ciddi qüvvələrinin heç bir faizini də əhatə etmirlər. Akif Nağı qurumun Qarabağ komissiyasını necə gəldi yaradılmasını isə ciddi səhf adlandırdı: “Qarabağ komissiyasının yaradılması və bununla bağlı qurumun verdiyi qərarlarda bir neçə anormallıq var. Çox təəsüf edirəm ki, onlar özlərini xalqın nümayəndəsi kimi göstərsələr də, özləri Qarabağ komissiyasını ən axırda yaratdılar. “Milli şura” elan olunandan sonra bütün komissiyaları yaradaraq sədrlərini seçdilər. Qarabağ komissiyasını isə bir neçə gün öncə yaradıb sədr kimi Cəmil Həsənlini təyin etdilər. Cəmil müəllimə tarixçi kimi hörmətim var. Amma bəzi adamların bu qurumda olmasından təəssüf edirəm ki, onlardan biri də Cəmil Həsənlidir. O, bu qurumda hansısa bir komissiyanın rəhbəri olmaqdansa, sakit şəkildə ən yaralı yerimiz olan işğal olunmuş torpaqlarla bağlı samballı bir əsər yazıb ortaya qoysaydı və vaxt, enerjisini o istiqamətdə sərf etsəydi daha yaxşı olardı. Bu hamı üçün də əhəmiyyətli olardı. Qarabağ komissiyasının konsepsiyası da hələ hazır deyil. O konsepsiyanın nədən ibarət olacağı da hələ bilinmir. Müəyyən tezisləri isə mətbuatdan oxumuşam. Orada hansı məsələlərin əks olunacağı hələ ki, məlum deyil. Bilinmir ki, qurumdakılar Qarabağ məsələsinin hərbi yolla həllini məqbul sayacaqlar, yoxsa, danışıqların davam etdirilməsini vacib sayacaqlar. Qarabağ çətin və ağır bir problemdir. Onlar bu məsələni üzərilərinə götürüb konsepsiyanı hazırlamaq istəyirlərsə, ən azından bu məsuliyyəti dərk eləməlidirlər”.

“Cəmil Həsənli bəyan edir ki, xalq Qarabağ məsələsindən təcrid olunub. Kimin əlini-qolunu bağlayıblar ki, Qarabağla bağlı hansısa işi görmə? Hansı ziyalıya deyiblər ki, bu problemlə bağlı kitab yazma və ya dünyaya həqiqətləri çatdırma, getdiyin Avropa ölkələrində tədbirlər keçirmə, erməniləri də ifşa etmə?”

QAT sədri onu da vurğuladı ki, “milli şura”da ciddi bir fikir ayrılığı da var. Bu qurum qarışıq bir qurumdur. Bura müxtəlif mövqedə dayanan insanların gəldiyi bir yerdir: “Rüstəm İbrahimbəyov deyir ki, “Qarabağ probleminin hərb yolu ilə həlli yoxdur, sülh danışıqlarını davam etdirmək lazımdır. Burada əsas problem Azərbaycanın daxilindədir”. Guya Azərbaycan özü öz torpaqlarını işğal edib. Bu nə düşüncə tərzidir? Sənin torpağın işğal olunubsa, konsepsiyanı işğalçı dövlətə qarşı qurmalısan. Sən yalandan ölkə daxilində demokratiya olmalıdır deyib car çəkməməlisən. Bəyəm Ermənistan demokratik ölkədir? Yaxud da, Fransa, İngiltərə, İspaniyadamı hər şey qaydasındadır? İspaniya neçə illərdir baskların qanın tökür onların haqqını tanımır. Eləcə də Fransa və İngiltərə də belə addımlar atır. Əsarətində saxladığı ölkələrin müstəqillik məsələsinə baxacağını deyən bu ölkələr niyə öz problemlərini həll etmir bəs? Guya bu ölkələr demokratiyanın vətənləri sayılırlar. Bu “demokratik”ölkələrin hansı öz problemlərini həll ediblər ki, bizə də müəyyən şəxslər vasitəsilə tövsiyələr edirlər. Guya, Qarabağ probleminin həlli demokratiyadan keçirmiş. Yəni, bunların hamısı ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyil. “Milli şura”da aparıcı şəxslərin bəzisi-Mirmahmud Mirəlioğlu və İsgəndər Həmidov Qarabağ probleminin hərb yolu ilə həllinə tərəfdar olsa da, digərləri bunun danışıqlar yolu ilə həllini vacib sayırlar. Bunlar necə yığışıb konsepsiya yaradacaqlar belə durumda? Sadəcə olaraq, müxalif qüvvələr özlərini bu məsələdə də çətinə salıblar”.
Akif Nağının fikrincə “milli şura”da toplananlar nəyin bahasına olursa-olsun bir yerdə olmaq görüntüsü yaratmağa çalışırlar ki, kənardan baxanlar da düşünsünlər ki, müxalifət vahid cəbhədədir: “Birləşmək belə olmur. O, ideoloji müstəvidə olub, vahid məqsəd üzərində qurulmalıdır. Burada müxtəlif mövqedə dayanıb fərqli platforması olanlar necə birləşib Qarabağla bağlı birgə hərəkət edəcəklər? Ona görə də, hesab edirəm ki, məsələnin ən ciddi tərəfi ideya müxtəlifliyinin yaratdığı problemlərdir. Cəmil Həsənli bəyan edir ki, xalq Qarabağ məsələsindən təcrid olunub. Kimin əlini-qolunu bağlayıblar ki, Qarabağla bağlı hansısa işi görmə? Hansı ziyalıya deyiblər ki, bu problemlə bağlı kitab yazma və ya dünyaya həqiqətləri çatdırma, getdiyin Avropa ölkələrində tədbirlər keçirmə, erməniləri də ifşa etmə? QAT məhdud imkanları ilə bir institutun görəcəyi işləri görür, kimsə də yolumuzda sədd qoymur. Bunu siz də edə bilərsiniz axı.Gərək elə kresloda oturub sonra hansısa bir işi görəsiniz... Bu yanlış bir yanaşmadır. Bu gün hər bir təşkilat və qurumun Qarabağla bağlı görəcəyi işlər var. Bu problemə görə ürəyi yananlar işlərini görəcəklər. Yalandan ittiham etməsinər ki, guya onların əlini-qolunu bağlayıb təcrid ediblər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info