“Milli şura”da ikitirəlik böyüyür
Tarix: 17.07.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Pənah Hüseyn: “İsa Qəmbərin namizədliyini dəstəkləyirik”

Müxalif düşərgənin toplandığı “milli şura” ilə bağlı son günlərdə yaşanan çaşqınlıq və xaotik bəyanatlar adi hal alıb. “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun Müsavat başqanının namizədliyini dəstəkləməsi qurumda birincinin namizədliyinə səs verən partiya rəhbərlərinin etirazı ilə qarşılandı.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov İsa Qəmbərin namizədliyini geri çəkməməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləmişdi ki, onun Müsavat başqanına heç bir iradı yoxdur: “Məndən öncə Müsavat partiyası İsa Qəmbərin namizədliyi barədə qərar verib və bu, partiyanın mövqeyidir. İndi o niyə bundan imtina eləsin? Mənim namizədliyim qeydə alınmasa, mütləq İsa Qəmbərə dəstək verəcəyik”.
Əsası bu bəyanatla qoyulan ikitirəlik və təhqir dolu qarşıdurmlar isə günü-gündən artmaqdadır. AXCP funksionerləri ilə Müsavat yetkililəri arasında gedən söz savaşında əsas hədəf kimin vahid namizəd olmasıdır.
Maraqlısı isə odur ki, artıq bi ikitirəliyə digər partiyalardan olan, eləcə də partiyalarda təmsil olunmayan müxalif fikirli şəxslər də qarışıb.
“Palitra”ya açıqlama verən Xalq Partiyasının sədri Pənah Hüseyn namizədlik məsələsində İsa Qəmbərin tərəfində olduğunu vurğuladı: “İsa Qəmbərin namizədliyini dəstəkləyirik. Xalq Partiyasının bununla bağlı qərarı var”. “Milli şura”nın vahid namizədinin Rüstəm İbrahimbəyov olduğu halda, niyə İsa Qəmbərin namizədliyinin dəstəklənməsinə gəlincə, Pənah Hüseyn belə dedi: “Rüstəm bəy seçkidə iştirak edəcəksə, onu dəstəkləyəcəyik”.
Aşkar görünür ki, müxalifət düşərgəsində Rüstəm İbrahimbəyovun ölkəyə gəlməyəcəyi ilə bağlı fikir formalaşıb. Artıq müxalifətdə olanlar da “milli şura”nın vahid namizədinin seçkilərə qatılmayacağını dəqiqləşdirib. Belə olan halda, yenidən İsa Qəmbərin namizədliyi məsələsini dönə-dönə gündəmə gətirən əksər müxalifətçilərin hansı duruma düşdüyü göz önünə gəlir. İkitirəliklə üzləşən radikal müxalifət nümayəndələrinin ortaq məxrəcə gəlməsi isə inandırıcı görünmür. Pənah Hüseynin Rüstəm İbrahimbəyovun seçkidə iştirakını ehtimalla səsləndirib ikinci variant kimi onu dəstəkləyəcəyini deməsi isə maraq doğurur. Bu gün müxalifət düşərgəsində namizədliklə bağlı dəqiq qərar verilməməsi onların içində çaşqınlıq və şəxsi ambisiyaların önə çəkilməsindən xəbər verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info