Daha hesabatlara inanmırıq
Tarix: 17.07.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Musa Qasımlı: “Başqa ölkənin ərazisini işğal edən, milyondan çox əhalisini məcburi köçkünə çevirən Ermənistanla demoktratiya arasında nə qədər məsafə var?”

Qərəzli hesabatları ilə dünya gündəminə gəlməyə çalışan “Freedom House” təşkilatı iyulun 16-da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabat yayımlayıb. Qurum yenə öz ampluasına “sadiq” qalaraq Azərbaycan ictimai-siyasi həyatında baş verən prosesləri cidd-cəhdlə təhrif edib. Hesabatda guya Azərbaycanda insan haqlarının pozulması ilə bağlı müddəalar yer alıb. Amma bunun qarşılığında guya Ermənistanda sözügedən sahədə xeyli irəliləyişlər olduğu, “namizədlərin seçkiqabağı resurslara və KİV-ə bərabər çıxışına böyük əhəmiyyət verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri” keçirildiyi iddia edilib.
Məlum olduğu kimi, Azərbaycanda “demokratiyanın olmaması” ilə bağlı mövqe sırf Ermənistan mövqeyidir. Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq Ermənistan və erməni lobbisi Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək üçün belə bir propoqanda aparmaqdadır. Bu baxımdan “Freedom House”un mövqeyi ilə erməni lobbisinin mövqeyi yüzə yüz üst-üstə düşür. Bu isə sözügedən qurumun antiazərbaycan mövqelərdən məqsədli olaraq çıxış etdiyini büruzə vermiş olur.

“Freedom House”un mövqeyi ilə erməni lobbisinin mövqeyi yüzə yüz üst-üstə düşür

Ümumiyyətlə, bu təşkilat yaranma məqsədi və funksiyası bəlli bir qurumdur. Bu qurum söz azadlığı, demokratiya, insan haqları ilə bağlı problemləri araşdırıb ortaya obyektiv hesabat qoymaq üçün yaradılmayıb. Bu cür qurumların əsas məqsədi müstəqil inkişaf yolu tutmuş, milli dövlətçiliyə əsaslanan, xarici dairələrin sifarişləri ilə durub-oturmayan dövlətlərə qarşı təzyiq göstərmək, həmin dövlətlərlə bağlı hər şeyi "problemli" kimi qələmə verməkdir. Bu gün bəzi xarici dairələr də hazırkı informasiya savaşı əsrində bu cür təşkilatların qərəzdən doğan və müəyyən məqsədlərə - müstəqil dövlətləri təzyiqlə çökdürmək məqsədlərinə hesablanmış hesabatlarından bol-bol yararlanmağa çalışırlar.
“Freedom House” kimi qurumlar bu gün insan haqları, söz azadlığı, demokratiya məsələlərində gerçəklikləri kobudcasına təhrif edirlər, onlar bu məsələlərlə bağlı dünya ictimaiyyətində, beynəlxalq rəydə düzgün qənaətin, ədalətli münasibətin formalaşmasına ciddi əngəllər törədirlər. Məsələn, qurum iddia edir ki, guya Ermənistan insan haqları və demokratiyada bizdən irəlidədir. Halbuki Ermənistan bu gün dünyada dövlət kimi qəbul olunmur. Bu ölkə faktiki müstəqilliyini itirərək Rusiyanın nəzarəti altına düşüb, forpost statusu daşıyır. “Dövlət”in idarəçiliyi ilə bağlı qərarlar Rusiya tərəfindən verilir. Bu dövlətdə insan haqları və demokratiya ilə bağlı vəziyyət ən acınacaqlı səviyyədədir, işsizlik, yoxsulluq, seçki saxtalaşdırmaları və sair məhrumiyyətlər, antidemokratik xarakterisikalar bugünkü Ermənistan reallıqlarıdır. Amma həmin qərəzkar qurum bunları görmək istəmir və Ermənistanı “insan haqları sahəsində tərəqqi edən” ölkə kimi təqdim edir. Elə bu cür yalançı hesabatlara görə də “Freedom House” qurumuna heç kim inanmır. Bu qurumun hesabatlarına Azərbaycanda orta statistik insanlar da inanmırlar, bu qurumu antiazərbaycan və erməni lobbisinin maliyyəsinə uğrayan qurum kimi qəbul edirlər.
“Palitra”ya bu barədə fikirlərini bildirən millət vəkili, tarixçi alim Musa Qasımlı belə qeyd etdi: “Freedom House” və digər bir neçə təşkilatın demokratiya məsələsində Ermənistanla Azərbaycanı müqayisə etməyə çalışmasının heç bir əsası yoxdur. Bu cür müqayisələr həmin qurumların qərəzli mövqeyini açıb göstərir. Faktiki olaraq belə çıxır ki, hesabatı hazırlayanlar üçün parlament iclasında deputatların güllələnməsi “demokratiyadır”. Daha nəzərə almırlar ki, başqa ölkənin ərazisini işğal edən, milyondan çox əhalisini məcburi köçkünə çevirən Ermənistanla demoktratiya arasında nə qədər məsafə var. Bu hesabat ciddi mənbələrə və faktlara, obyektivliyə əsaslanmır”.
Millət vəkili bildirdi ki, hesabat Azərbaycandan nəyisə qoparmaq istəyən qüvvələrin qərəzli mövqeyinə əsaslanır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info