Gəncə bəşər tarixində xüsusi rola malik şəhərdir
Tarix: 17.07.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Federiko Mayor Saraqosa: “Dünyada 4000 illik tarixi olan və tarixi köklərini təbliğ edən çox az sayda şəhər var”

“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində Azərbaycanın, eyni zamanda, dünyanın ən qədim şəhərlərindən olan Gəncənin 4000 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin inkişafı ilə yanaşı, qədim yaşayış məskənlərimizin tarixinin öyrənilməsinə də başlanılıb. Müstəqilliyimizə görə borclu olduğumuz ulu öndər Heydər Əliyev həmişə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz işlər görüb. Bu gün bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın qədim şəhərlərinin tarixini öyrənmək üçün arxeoloji qazıntılar aparılır.

Tədbirdə bütün bu faktları diqqətə çatdıran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhərinin tarixindən danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi, mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib. Fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülüb. Buna misal kimi VII-VIII əsrlərə aid Comərd Qəssab türbəsi və xalqımızın canlı qəhrəmanlıq salnaməsini yaratmış Cavad xanın abidəsinin, qədim Gəncə qapılarının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını göstərmək olar. Bu gün Gəncənin tarixinin daha dəqiq araşdırılması üçün xarici mütəxəssislərin iştirakı ilə arxeoloji qazıntılar davam etdirilir.
Elmar Vəliyev onu da qeyd edib ki, ən qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan Gəncə şairlərin, filosofların, alimlərin məkanı olub. Bu qədim diyar dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahilər bəxş edib. Gəncədə Nizami Gəncəvinin 870 illiyi, UNESCO-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyləri artıq qeyd edilib. Bu, Gəncənin qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, bəşər tarixində xüsusi rola malik şəhər olduğunu da bir daha təsdiqləyir.
UNESCO-nun sabiq baş direktoru, qurumun fəxri baş katibi Federiko Mayor Saraqosa bildirib ki, dünyada 4000 illik tarixi olan və tarixi köklərini təbliğ edən çox az sayda şəhər var: “Biz keçmişimizi gənclər üçün tədqiq etməliyik”. Qonaq Gəncənin Nizami, Məhsəti kimi dünya miqyaslı şəxslərin vətəni olduğunu söyləyib. Qeyd edib ki, şəhərin tarixində belə şəxsiyyətlərin olması mühüm amildir. Tədbirdə Gəncənin 4000 illik yubileyi münasibətilə UNESCO-nun baş direktoru İrina Bokovanın və İordaniya Kraliçası Nur əl Hüseyninin təbrik məktubları oxunub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Gəncədə aparılan arxeoloji tədqiqatlar barədə danışıb.
Digər çıxış edənlər də vurğulayıblar ki, zəngin keçmişi olan ölkənin zəngin gələcəyi də olur. Gəncənin tədqiqi Azərbaycanın qədim dövrünün araşdırılması işinə də dəyərli töhfələr verəcək. Gəncənin 4000 illik tarixi Amerika Birləşmiş Ştatları, İngiltərə və digər ölkələrin arxeoloqları tərəfindən aparılan araşdırmalar nəticəsində də təsdiq olunub. Gəncə haqqında hesabatın UNESCO tərəfindən təqdim olunması isə bu qədim şəhərin tarixinin bəşəriyyət üçün əhəmiyyətini təsdiq edən bir hadisədir.
Nigar Gəncəli




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info