Zaqatalada inşası başa çatmış daha 92 ev sakinlərin ixtiyarına verilib
Tarix: 17.07.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunda Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 92 ev sakinlərin istifadəsinə verilib. Rayonun Aşağı Tala kəndində Fövqəladə Hallar Nazirliyi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yeni inşa olunan evlərin sahiblərinə təqdim olunması mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, açılışı edilən 92 evin inşasına bu ilin martında başlanıb. Həmin vaxt FHN-in rəyi əsasında həmin evlər qəzalı hesab edilərək sökülüb, yerində isə 2, 3 və 4 otaqlı mənzillər inşa olunub. Yeni mənzillərin açarlarını alan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər. Qeyd edək ki, FHN ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikanı açıqlayıb. Məlumata görə, 15 iyul 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam etdirilir. Baxış aktlarına əsasən, müəyyən olunmuş 5848 ədəd qəzalı evlərdən Zaqatalada 3153, Qaxda 343, Balakəndə 365, cəmi 3861 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb və 1231 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılıb.
Sosial obyektlərdən 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. 27 iyun 2013-cü il tarixədək 6240 şagird yerlik 25 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa edilib və gücləndirilib. Hazırda Zaqatala rayonunun Danaçı kəndində 540, Suvagil kəndində 500, Aşağı Tala kəndində 360, Çobankol kəndində 220 şagird yerlik, Qax rayonunun Güllük kəndində 200 şagird yerlik, cəmi 1820 şagird yerlik 5 məktəb binaları tikilərək, yerli icra orqanlarına təhvil verilməyə hazırdır.
Günay




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info