Neft Fondunun aktivləri 34,7 milyard dollara çatıb
Tarix: 17.07.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 726,4 mln. manat, büdcə xərcləri isə 5 791,2 mln. manat təşkil edib.

Fonddan verilən məlumata görə, 2013-cü ilin ilk 6 ayı ərzində Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 mln. manat, o cümlədən mənfəət neftin və qazın satışından 6 482,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 3,9 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlər 0,04 mln. manat təşkil edib. İlk yarımillik ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 237,7 mln. manat olub. Hesabat dövrü ərzində ARDNF-in 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə 2,9 mln. manat, gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə 6,3 mln. manat yönəldilib.
Hesabat dövründə fondun idarə edilməsi ilə bağlı xərclər 15,9 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 521,6 mln. manata bərabər olub. Nəticədə, iyulun 1-nə fondun aktivləri 2013-cü ilin əvvəlinə nisbətən 1,6% artaraq 34 678,4 mln. dollara bərabər olub.
Qeyd edək ki, 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin iyulun 1-nə fond tərəfindən alınmış qızılın miqdarı 22 399 kq təşkil edib. Neft Fondunun investisiya portfelinin strukturunda 47,7%-i (16,460 mlrd. dollar) ABŞ dollarında olan maliyyə alətlərində yerləşdirilib. Bundan əlavə investisiya portfelində 10,785 mlrd. avro (40,8%), 1,158 mlrd. funt sterlinq (5,1%), 21,865 mlrd. Rusiya rublu (1,9%), 863,2 mln. türk lirəsi (1,3%), 205,4 mln. Avstraliya dollarında (0,6%) olan alətlər yer alıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info