Azərbaycan ötən il Rusiyadan ən çox silah alan beşinci ölkə olub
Tarix: 17.07.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Ötən il Rusiya hərbi ticarətinin regional strukturunda Azərbaycan 5% payla beşinci yerə sahib olub. Bu barədə Rusiyanın nüfuzlu «Voenno-promışlennıy kuryer» nəşrində dərc olunmuş hesabat-analizdə bildirilib.

Ümumilikdə Rusiyanın hərbi ixracatının strukturunda ilk üçlükdə 40% payla Hindistan, ikinci yerdə 14% payla Əlcəzair, 10% payla Vyetnam dayanıb. Sonrakı üç yeri isə hər biri 5% payla Çin, Azərbaycan və Venesuela tutub. 2012-ci ildə Rusiya sifarişlər üzrə 1 milyard 444 milyon dollar dəyərində helikopter texnikasının çatdırılmasını təmin edib. Ötən il Rusiya Hindistana 27 ədəd Mi-17V-5 (440 milyon dollar dəyərində), Azərbaycana - 16 ədəd , Əfqanıstana - 12 ədəd və Koreya Xalq Demokratik Respublikasına 8 ədəd, Misirə 6, İndoneziyaya 6, Meksikaya 3, Cənubi Sudana isə 2 ədəd Mi-8/17 tipli helikopter təhvil verib. Azərbaycana çatdırılan helikopterlərdən 12-si Mi-35M modeli olub. Bundan başqa, ötən il Rusiya Venesuela, Qazaxıstan, Banqladeş, Monqolustan, Küveyt və Konqoya hərbi texnika satıb. Hesabat dövründə Azərbaycana, Əlcəzairə, Hindistana və Vyetnama gəmi əleyhinə raketlər ixrac edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info