Demokratiyanın tələbləri
Tarix: 23.01.2019 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bir neçə gün öncə müxalifət icazəli mitinq keçirdi. Müxalifət nümayəndələri cəmi bir stadion qədər adam yığa bildikləri “Məhsul mitinqi”ni internet resurslarında, sosial şəbəkələrdə, az qala, şəksiz qələbə kimi təqdim edirlər. Əslində isə hər kəsə gözəl bəllidir ki, mitinq xaotik şəkildə təşkil olundu, təşkilatçılıq zəif idi, tribunaya çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimli və digərləri Mehman Hüseynovdan çox, özlərinə sərf edən məsələlər barədə söhbət açdılar. Əli Kərimli, hətta mitinqdən sonra bir neçə gündür yalan dolu məlumatlar da paylaşmağa başlayıb ki, guya, aksiyaya 20 min adam gəlib və s. Əslində, bu mitinq “milli şura”nın bundan əvvəl keçirdiyi aksiyalardan bir qədər fərqləndi. Fərq isə onda idi ki, indi mitinqə çağırış üçün Mehman şousundan istifadə etdilər. Həmçinin REAL Partiyası da ilk dəfə aksiyaya dəstək verdi. Amma yalandan insanları aldadaraq demək ki, guya, mitinq 20 minə yaxın adamla təşkil olunub, bu, artıq cəmiyyəti aldatmaq idi. Sosial şəbəkələr üzərindən öz təbliğatlarını quran bu radikal siyasi qüvvələr, əsasən, dünyagörüşü , 90-cı illər haqqında təsəvvürü olmayan gəncləri öz tərəflərinə çəkmək istəyirlər. Bunun üçün isə bu cür yalanlardan geninə-boluna istifadə edirlər. Əli Kərimlinin yalan maşını da var. Bu, “Azadlıq” qəzetinin “Facebook”dakı səhifəsi və ABŞ-da yaşayan Sevinc Osmanqızıdır. Bir hadisə olmamış Əli Kərimli ilə canlı bağlantıya çıxıb onun populist çıxışlarını daha çox yayan, təbliğ edən bu səhifələr Azərbaycana zərbə vurduqlarını düşünürlər və bu cür neqativ “dəstəklərlə” Əli Kərimlini cəmiyyətə “qəhrəman” kimi təqdim edirlər. Əlbəttə, müxaliflik, fərqlilik, alternativ fikir rəqabətdir. Amma düşmənçiliyi müxalifliyə gətirən bu qüvvələr milli maraqlarımızı, sabitliyi, xalqın arzu və istəklərini zərrə qədər də düşünmürlər. İş o yerə çatıb ki, müxalifət rəhbərləri növbəti mitinqə icazə veriləcəyi təqdirdə, insanların aksiyaya bir saat tez gəlmələri ilə bağlı çağırışlar edirlər. Maraqlıdır, özgə vaxtı Azərbaycanda “demokratiya yoxdur” deyənlər heç bir aksiyada təyin olunmuş, icazə verilmiş vaxtdan qabaq kütləni toplamağa çalışmırdılar. Bəs niyə indi qaydalara, qanunlara zidd addımlar atmaq istəyirlər? Konkret olaraq Əli Kərimli status paylaşaraq yazıb ki, növbəti mitinqə saat 13-00-dan gəlmək lazımdır. Guya, çöldə qalan adamların gec gəlməsi stadiona buraxılmamasına səbəb olub. Qısası, artıq Əli Kərimli eyforiyaya qapılmağa başlayıb, 90-cı illərdə olduğu kimi, necə gəldi aksiya keçirmək xəyalına düşür, icazə verilən vaxtdan tez kütləni bir yerə toplamaq, beləcə, polislə kütlə arasında qarşıdurma yaranmasına şərait yaratmağa çalışır. Qanun var, qayda var... Aksiya keçirilirsə, ənənəvi qaydada icazə verilmiş məkanda və vaxtda tərəfdarlarınızı toplaya bilərsiniz. Onsuz da hər mitinqdən sonra məlum olur ki, “milli şura” tərəfdarları ayrı-ayrı qruplar halında stadiondan kənarda müəyyən şüarlar səsləndirir, ictimai asayişi pozan hərəkətlərə yol verilir və s. Bu cür hərəkətlərin isə demokratik mübarizə üsullarına heç bir aidiyyəti yoxdur. Elə demokratiyanın əsas tələblərindən biri də vətəndaşların ictimai asayişinin təmin edilməsidir. İndiki halda isə Əli Kərimlinin insanları belə tez, vaxtından əvvəl bir yerə toplayıb, icazə verilən vaxtdan əvvəl aksiyanın başlamasına cəhd eləməsi polislə kütlə arasında təxribat yaratmağa hesablanmış addım kimi də dəyərləndirilə bilər. Bir sözlə, Əli Kərimli və tərəfdarları nəinki yalan dolu məlumatlar yayaraq kütləni çaşdırmağa, ictimai fikrə mənfi yöndən təsir etməyə çalışır, hətta onlar hiyləgərcəsinə davranaraq təxribat xarakterli çağırışlar da edirlər. Çünki xaos daim müxalifətin fəaliyyətinin əsas təməl prinsipi olub!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info