Suriyada son 20 ilin ən ağır humanitar böhranı yaşanır
Tarix: 17.07.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Suriyada humanitar vəziyyət getdikcə pisləşir, qaçqınların sayı durmadan artır. BMT-nin məlumatlarına əsasən, yeddi milyonadək suriyalının təcili humanitar yardıma ehtiyacı var. Onların təxminən yarısını uşaqlar təşkil edir.
Qonşu ölkələrdə qaçqınların sayı bir milyon 700 mini ötüb. Hələ iyunda onların sayı bir milyon 600 min nəfər idi. BMT-nin qaçqınların işləri üzrə ali komissarı Antoniu Quterriş bildirib: “Biz təxminən 20 il əvvəl Ruandada törədilmiş soyqırımından bəri bu cür sürətlə artan qaçqın axını görməmişdik. Suriya xalqı böyük əzab-əziyyət içindədir. Ramazan ayında yayın dözülməz istisi vəziyyəti daha da ağırlaşdırır. Suriyaya qonşu olan ölkələr çox sayda qaçqınları qəbul etməklə yüzlərlə insanın həyatını xilas etmişlər, lakin bu səxavət çox baha başa gəlir”. BMT-dən bildiriblər ki, ilin sonunadək Suriyaya və qonşu ölkələrə humanitar yardım göstərilməsi üçün üç milyard dollardan artıq vəsait sərf olunacaq. Bununla belə, Suriyada müharibə davam edir. İdliba rayonunda hərbi əməliyyatlar səngimək bilmir. Münaqişə hər ay təxminən beş min insanın həyatına son qoyur. Hazırda Dəməşqin mühüm qəsəbələrindən olan Kabunda üsyançılarla hakimiyyət qüvvələri arasında gərgin döyüşlər gedir. Müxalifət oraya əlavə qüvvələr göndərir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info