“Müsəlman qardaşlar” Misirin yeni hökumətini tanımadı
Tarix: 17.07.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Yeni hökumətdə xarici işlər naziri postu ABŞ-dakı keçmiş
səfirə həvalə olunub


Misirin keçid hökumətinin başçısı Hazem əl-Bablauyi və onun formalaşdırdığı yeni hökumət rəsmən öz vəzifələrinin icrasına başlayıb. Baş nazir Hazem əl-Bablauyi və yeni Nazirlər Kabinetinin üzvləri ölkənin müvəqqəti prezidenti Ədli Mənsurun qarşısında and içiblər. Yeni hökumətə 35 nazir, o cümlədən baş nazirin 3 müavini daxildir. Müdafiə və hərbi sənaye naziri Əbdülfəttah əs-Sisi hökumət başçısının birinci müavini olub.

Baş nazirin digər müavini, əvvəllər Hesablama Palatasının rəhbəri olmuş Ziyad Bəhaəddin beynəlxalq əməkdaşlıq məsələləri üzrə nazir kimi investisiya siyasətinə nəzarət edəcək. Ali təhsil naziri Hüsam İsa da baş nazirin müavini təyin olunub. O, həm də sosial sahəyə nəzarət edəcək. Daxili işlər naziri Məhəmməd İbrahim və turizm naziri Hişam Zaazu öz vəzifələrində saxlanılıb. Misirin ABŞ-dakı keçmiş səfiri Nabil Fəhmi xarici işlər naziri təyin edilib. Neft Nazirliyinə “Ganope” Dövlət Neft Holdinqinin rəhbəri Şərif İsmayıl, Maliyyə Nazirliyinə Əhməd Mahmud Cəlal başçılıq edəcək.
Yeni hökumətə Misirin xristian icmasının üç nümayəndəsi də daxildir. Nazirlər arasında üç qadın da var. Onlar səhiyyə, informasiya və ətraf mühitin mühafizəsi nazirliklərinə rəhbərlik edəcəklər. “Müsəlman qardaşlar” hərəkatı isə yeni hökuməti qanunsuz elan edib. Hərəkatın mətbuat katibi Gehad əl Həddad hökuməti tanımadıqlarını bəyan edib: “Bu qanunsuz hökumət, qanunsuz baş nazir, qanunsuz kabinetdir. Biz orada heç kimi tanımırıq. Biz onları hətta hökuməti təmsil edən şəxslər qismində belə tanımırıq”. Bu arada Misir prokurorluğu devrilmiş prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının bir qrup liderləri barəsində istintaqın başlanmasına dair göstəriş verib. “RİA Novosti”nin xəbərinə görə, söhbət 2011-ci ildə baş verən inqilab zamanı Məhəmməd Mursi və onun bir neçə tərəfdarının “Vadi ən-Natrun” həbsxanasından qaçma faktının araşdırılmasından gedir. Mursi həmçinin casusluq, zorakılığa təhrik etmə və dövlətin iqtisadiyyatına ciddi zərər vurmaqda ittiham olunur.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info