“İranın nüvə proqramının hərbi xarakterli olmasına dair heç bir sənəd yoxdur”
Tarix: 17.07.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


“İranın nüvə proqramının hərbi xarakter daşıdığına dair heç bir sənəd yoxdur”. Bunu Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou bildirib. Onun sözlərinə görə, Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsindən məmnundur:

“2003-cü ildə alman və fransız həmkarlarım Yoşka Fişer və Dominik de Vilpenlə həmin vaxt İran Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Həsən Ruhaninin də iştirakı ilə bir neçə də nüvə danışığı apardıq. Həsən Ruhani bəhanə verməsə də, bazarlıq yolunu çox yaxşı bilirdi. Biz ona etimad edə bilirdik, o da bizə inanırdı. Bu səbəbdən həmin vaxt irəliləyiş əldə edə bildik. Ancaq İranla Avropanın üç ölkəsi müzakirələrdə müvəffəqiyyətə yaxınlaşsa da, ABŞ-ın keçmiş prezidenti Corc Buşun bu ölkəni “şər oxu” olaraq bəyan etməsi rəsmi Tehranın nüvə mövzusundakı mövqeyinin sərtləşməsinə səbəb oldu. Bu isə böyük diplomatik faciəyə gətirib çıxardı”. C.Strou hesab edir ki, Avropa ölkələrinin İranla nüvə müzakirələrindəki müvəffəqiyyətsizliyində ABŞ böyük məsuliyyət daşıyır: “Həmin vaxt ABŞ İranın lazımi avadanlıqla təmin olunmasını qəbul etmirdi. Məsələn, sərnişin təyyarələrinin ehtiyat hissələri “Rolls-Royce” şirkəti tərəfindən təmin olunurdu. Bu şirkətin də ən böyük müştərisi ABŞ idi. Ona görə də İrana ehtiyat hissələri satılması ABŞ-ın təsdiqləməsinə bağlı idi. ABŞ-ın yeni mühafizəkarları da müharibə tərəfdarı olduqlarından İranla razılaşmağa qarşı idilər. Mən ABŞ-ın o zamankı davranışına təəccüb elədim. Ancaq biz nə o zaman, nə də bu gün İranın nüvə proqramının hərbi məqsədli olduğuna dair heç bir sənəd tapa bilmədik”. Hazırda Ben Valasla birlikdə İran-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədrlərindən biri olan C.Strou vurğulayıb ki, H.Ruhani beynəlxalq müzakirələrdə bazarlıq edə bilər.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Dünya Səhiyyə Təşkilatı: Konqoda Ebola virusundan ölənlərin sayı 600-ü ötüb
25.03.2019
Çində partlayış və yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info