“Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” kitabı çapdan çıxıb
Tarix: 17.07.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” kitabı çapdan çıxıb. “Qanun” nəşriyyatı”nda nəfis tərtibatla nəşr edilmiş kitab “Newtimes.az” analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub./i>

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən kitab XX əsrin böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin 90 illiyinə ithaf olunub. “Ön söz” və altı fəsildən ibarət kitab ümummilli lider Heydər Əliyevin müdrik kəlamları ilə başlanır. Topluda Azərbaycanın görkəmli alim, ekspert, analitik və mütəxəssislərinin bəşəriyyəti narahat edən və düşündürən proseslərlə bağlı mövqeləri təqdim edilib.

Kitabda diqqəti cəlb edən məqamlardan biri də gənc tədqiqatçıların aktual məsələlərlə bağlı hərtərəfli araşdırmalarıdır. Bu baxımdan toplunun redaksiya heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin məqalələri diqqəti xüsusilə cəlb edir. Birinci fəsildə gənc tədqiqatçının “Hərbi bazalar - demokratik xarici siyasətin əsas aləti”, “Sülh tərəfdarı” silah satıcıları”, “Beşinci kolonun” əsas maliyyə dayağı - Soros fondu”, “Dünya media monopoliyası və reallıq” məqalələrində müasir beynəlxalq durumda qlobal proseslər və istiqamətlər, beynəlxalq münasibətlərin yeni aktorların məqsədləri məntiqi təhlillər əsasında araşdırılıb.
Ərəstü Həbibbəylinin toplunun üçüncü fəslində yer almış “Qlobal iqtisadi böhran və ərəb dünyasında çaxnaşma” sərlövhəli yazısı dünya siyasətinin geoiqtisadi ölçüsünün araşdırılması baxımından dəyərli mənbədir. Gənc alimin “Multikulturalizm: bəşəri ideya, yaxud Qərb dəyərləri” məqaləsi toplunun “Bəşəriyyət yol ayrıcında: multikulturalizm, yoxsa sivilizasiyaların toqquşması” başlıqlı fəslin başlıca ideyasını təşkil edir. Məqalədə multikultural dəyərlərə Qərb və Şərq cəmiyyətlərində fərqli yanaşma, Qərbsayağı multikulturalizmin formalaşma mərhələləri, multukulturalizmin “Amerika”, “Avropa” modelləri hərtərəfli araşdırılıb. Həmçinin “İslam Qərb multikulturalizminə təhlükədirmi?” sualı ətrafında məntiqi təhlillər aparılıb, Qərbin multikulturalizmin böhranından sonrakı strategiyası, multikulturalizm - həyat tərzi məsələləri tədqiq edilib. Ümumiyyətlə, kitabda müasir dövrün ən aktual problemlərinin həllinə yanaşmalarda ikili standartlarla bağlı məsələlərə daha çox əhəmiyyət verilir. Eyni zamanda, dünya birliyi qarşısında duran aktual çağırışlara - beynəlxalq təhlükəsizliyi sarsıdan real təhdidlərə ayrıca yer verilir.
Müasir dövrün aparıcı geosiyasi aktorlarının - ABŞ, Avropa İttifaqı, Rusiya və Çinin siyasi proseslərdə iştirakı ilə bağlı materialların təhlili aktuallığını bu gün də saxlayır. Həmin kontekstdə beynəlxalq səhnədə Azərbaycanın həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri ilə münasibətlərinin inkişaf dinamikasının müxtəlif aspektlərinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycan neftinin dünya bazarlarına ixracının intensivləşdirilməsi üzrə müxtəlif alternativ layihələrə və milli “neft diplomatiyası”nın real nailiyyətlərinə də böyük yer ayrılır. “Müasir beynəlxalq durum: qlobal proseslər və trendlər. Beynəlxalq münasibətlərin yeni aktorları” mövzusunu birinci fəsildə qlobal miqyasda geosiyasi mənzərədə müşahidə edilən proseslər və istiqamətlər təhlil edilib. Burada hüquqi, siyasi, iqtisadi və geosiyasi aspektlərin hər biri əhatə olunub. Diqqəti xüsusilə cəlb edən məqamlardan biri məqalələrdə cəmiyyətin demokratikləşməsində qeyri-hökumət təşkilatları və medianın rolunun araşdırılmasıdır. XXI əsrin geosiyasətində sosial şəbəkələrin və gənclərin rolu daha da artır. Bu aspektdə dərc edilən məqalələrdə beynəlxalq münasibətlərin yeni aktorlarının bu günün reallıqları ilə yanaşı, proqnozlaşdırma ilə də əlaqəli müstəvidə təqdim edilməsi topluya ayrıca aktuallıq verir.
İkinci fəsil qlobal geosiyasətə böyük təsiri olan Qərb dövlətlərinin liderlik iddialarının təhlilinə həsr edilmiş məqalələrdən ibarətdir və “Qərbin seçimi: qlobal liderlik, yaxud hökmranlıq” adlanır. “Dünya siyasətinin geoiqtisadi ölçüsü” adı altında təqdim olunan üçüncü fəsil ideyaca əvvəlkinin davamıdır. Burada yer almış məqalələrdə dünya siyasətinin geoiqtisadi ölçüsü təhlil edilir. Dördüncü fəsildəki materiallar bütün dünyanı ciddi narahat edən son dərəcə aktual məsələni - “Bəşəriyyət yol ayrıcında: multikulturalizm, yoxsa sivilizasiyaların toqquşması” mövzusunu əhatə edir. Burada yer alan məqalələrdə sivilizasiyalararası münasibətlər iki - müasir şəraitdə fərqli mədəniyyətlərin birgə mövcudluğunun (multikulturalizmin) təmin edilməsi perspektivləri və sivilizasiyalar arasında konfliktlərin yaranma səbəbləri aspektlərində araşdırılır.
“Avrasiya məkanında geosiyasi mənzərə. Böhranlı Yaxın Şərq” adlı beşinci fəsildəki məqalələrdə Avrasiyada inteqrasiya proseslərinin perspektivləri və təklif edilən müxtəlif modellərin müqayisəsi geniş yer alıb.
Sonuncu fəsil “Cənubi Qafqazda vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanır və yerləşdiyimiz regionda gedən geosiyasi proseslərin təhlilinə həsr edilib. Bu bölmədə bölgə üçün böyük əhəmiyyəti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinə ayrıca diqqət yetirilir. Problemə böyük dövlətlərin regionda öz maraqlarının təmin edilməsi müstəvisində yanaşma, erməni terrorunun əsl simasının ifşası, Ermənistanın yeritdiyi siyasətin məkrli tərəflərinin konkret faktlarla açılması və beynəlxalq təşkilatların mövqesizliyi aspektində yanaşma elmi-nəzəri cəhətdən obyektiv əsaslandırılıb. Məqalələrin kitab halında ingilis və rus dillərində də çap edilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info