Peyvəndlərdən imtina dünyada sağlamlığa ən böyük risklərdən biridir
Tarix: 25.01.2019 | Saat: 10:10:00 | E-mail | Çapa göndər



Dünya Səhiyyə Təşkilatı (DST) əhalinin peyvənd "tənbəlliyi"nin müasir dövrdə səhiyyə qurumları qarşısında duran ən böyük problemlər sırasında olduğunu bəyan edib.

AZƏRTAC bildirir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilat bəşəriyyətin tibb sahəsində əldə etdiyi ən böyük uğurlar sırasına daxil olan peyvəndlərdən boyun qaçırmanın hazırda sağlamlıq üçün ən böyük risklər sırasına daxil edib. Təşkilatın məlumatına görə, peyvəndlə qarşısı alınması mümkün olan bir çox xəstəliklər onun əleyhdarlarının apardığı kampaniyalar nəticəsində yenidən yayıla bilər. Bu isə öz növbəsində onilliklər boyu bir sıra xəstəliklərə qarşı mübarizədə əldə edilmiş uğurların üstündən xətt çəkmiş olar. Ona görə də beynəlxalq təşkilat əhalinin peyvəndə hazırlığını və bu istiqamətdə maarifləndirilməsini yaxın illərin əsas hədəfləri olduğunu elan edib.
Hər il peyvəndlərdən istifadə edilməsi sayəsində 2-3 milyon ölüm halının qarşısı alınsa da, bəzi xəstəliklərə məhəl qoymayan insanlar onların daha geniş yayılmasına şərait yaradırlar. Belə ki, 2017-ci ildə dünyada qızılca xəstəliyinə tutulma hallarının sayı əvvəlki illə müqayisədə 30 faiz yüksəlib. Peyvənd əleyhdarları, həmçinin Avropada da bu istiqamətdə böyük "zəhmət" çəkiblər. Avropa ölkələrində 2016-cı ildə qızılcaya yoluxanların rəsmi sayı 5273 nəfər olubsa, 2017-ci ildə bu göstərici 23 min 927 nəfərə yüksəlib.
Peyvəndlərlə yanaşı, havanın çirklənməsi, antibiotiklərə davamlı xəstəliklər, artıq çəki səbəbindən yaranan çatışmazlıqlar və Ebola kimi təhlükəli viruslara qarşı mübarizə təşkilatın əsas fəaliyyət istiqamətləri sırasındadır.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Azərbaycan əczaçılarından Prezidentə dəstək
26.10.2020
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info