Qəbul imtahanında 495 nəfər 600-dən yuxarı bal toplayıb
Tarix: 17.07.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, abituriyentlərin göstərdikləri nəticələrin statistikasını açıqlayıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanlarında 495 nəfər 600-dən yuxarı, 1879 nəfər 500-dən yuxarı, 4492 nəfər 400-dən yuxarı, 8063 nəfər 300-dən yuxarı nəticə göstərib. Bundan əlavə, 2099 abituriyent 250-300 bal arası nəticə göstərərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıblar. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info