Bakı Metropolitenində ən nəhəng stansiya
Tarix: 18.07.2013 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Gələn il Bakı Metropolitenində istifadəyə veriləcək "Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxta qədər tikilən metro stansiyalarından fərqlənəcək. Bu barədə Bakı Metropolitenindən bildiriblər. Verilən məlumata görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiya kompleksinin uzunluğu 166,7 m., platformanın uzunluğu 144 m., dərinliyi isə 30,5 m. təşkil edir. "Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarət olacaq. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 m.-dir. Metrostansiyanın 3 çıxışı olacaq. "Memar Əcəmi-2” stansiyasında 16 eskalator, 4 lift işləyəcək.
Metrostansiyanı digərlərindən fərqləndirən cəhətlərdən biri isə Azərbaycanda ilk dəfə olaraq "Memar Əcəmi-2” stansiyasında "divarda qrunt” üsulunun tətbiq olunmasıdır. Bu da tikinti zamanı ətrafa az ziyan vurmaq, daha az pul xərcləmək və s. imkanları yaradır.
Hazırda stansiyanın içərisi təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyaya avadanlıqlar gətiriləcək. Yeni stansiyada müasir işıqlandırma ilə yanaşı, təbii işıqlandırılma sistemi də tətbiq olunacaq.
Qeyd edək ki. "Memar Əcəmi-2” stansiyasında da "Avtovağzal”da olduğu kimi təhlukəsizlik qapıları ilə platforma stansiya yolundan ayrılacaq. Yəni stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.
Belə ki, metroda ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar quraşdırılacaq. Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info