İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizəd olmamasında maraqlıdır
Tarix: 18.07.2013 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Milli şura"da vəziyyət daha da acınacaqlı hal alıb. Partiya liderləri isə öz aralarında olan uçurumu dərinləşdirmək üçün münasib zamanı güdürlər. Xüsusən də, İsa Qəmbər sanki pusquda dayanıb. Çünki açıqlamalarından belə aydın olur ki, İsa Qəmbər Rüstəm İbrahimbəyovun Bakıya gələcəyinə, prezidentliyə namizədliyinin qeydə alınması üçün lazım olan hüquqi prosedurları keçə biləcəyinə, imza toplayacağına inanmır. İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyi barədə mövcud olan risklərdən danışması və öz namizədliyi barədə partiya qərarının qüvvədə olduğunu xatırlatması isə sübuta yetirir ki, Müsavat başqanı kinodramaturqun namizədliyinin qeydə alınmaması üçün əlindən gələni edəcək.
Bir çox politoloqlar isə hesab edir ki, əslində, tərəflər arasındakı bu fikir ayrılığı artıq "milli şura"nın özündə ciddi parçalanmanın yaranmasından xəbər verir.
Politoloq və bir vaxtlar müxalifət düşərgəsində ən aktiv şəxslərdən olmuş Zərdüşt Əlizadə İsa Qəmbərlə Əli Kərimli arasında gizli mübarizənin getdiyini söyləyib: “Rüstəm İbrahimbəyovu qeydiyyata alsalar, mən, sözsüz ki, onu dəstəkləyəcəm. “Milli şura”nın vahid namizədi qeydiyyata alınmasa, AXCP və Müsavatın yolları ayrılacaq. Müsavat partiyası “milli şura”dan əvvəl İsa Qəmbərin namizədliyini elan etmişdi. “Milli şura” yaranandan sonra isə Müsavat Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini açıqladı. “Milli şura”nın layihəsi alınmasa bu vahid namizəd ideyası iflasa uğrayacaq. O zaman Müsavat öz namizədi ilə seçkiyə gedəcək”.
Zərdüşt Əlizadə hesab edir ki, “milli şura”nın vahid namizədi qeydiyyata alınmasa, müxalifətin seçkiyə getməsi alçalmaqdır: “Rüstəm İbrahimbəyovun namizədliyi qeydiyyata alınmasa, o zaman AXCP istəsə, seçkiləri boykot edər, Müsavat da istəyərsə, seçkilərə gedər. Amma belə olan halda seçkiyə getmək özünü alçaltmaq deməkdir.
Boykota gəlincə, bu siyasi partiyaların mövqeyindən asılıdır. Elə partiyalar var ki, onun seçkini boykot etməsi heç nəyi dəyişməyəcək”.
Qeyd edək ki, dağılmaq həddinə çatmış “milli şura”nın taleyi ilə bağlı əvvəlcədən də müxtəlif fikirlər söylənilirdi. Müsavat başqanı İsa Qəmbərin ehtiyat variant olaraq öz namizədliyini geri götürmədiyini bəyan etməsi, sözügedən qurumla bağlı müzakirələrdə ortaya çıxan əks mövqelər əminliklə deməyə əsas verir ki, "milli şura" sonadək bir yerdə olmağı və seçkilərə vahid namizədlə qatılmağı bacarmayacaq. Rüstəm İbrahimbəyovun namizədliyi isə müxalifətdaxili intriqaları dərinləşdirəcək, itaətsizlik artacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə məktub göndərib
16.07.2020
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısına məktub göndərib
15.07.2020
İtaliya parlamentarları tərəfindən Azərbaycana dəstəklə bağlı növbəti açıqlamalar
15.07.2020
“Beynəlxalq təşkilatlara mövqeyimizi qətiyyətlə bildirməliyik“
15.07.2020
Azərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info