“Xərçəng xəstəliyinin artması qida ilə bağlıdır”
Tarix: 29.01.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Professor Yavuz Dizdar: “Südün tərkibi dəyişdiyindən süd artıq süd olmaqdan çıxıb. Süddən istifadə edilməsinin heç bir faydası qalmayıb”


“Bir portağalın incəlləməsindən sonra bəlli olub ki, tərkibində 20 növ kənd təsərrüfatı dərmanı var. Bu qədər dərmanın yanında meyvənin tərkibində olan şəkərin heç bir ziyanı olmaz”

Zəmanəmizin ən böyük bəlası şübhəsiz ki, xərçəng xəstəliyidir. Sürətlə yayılan bu xəstəliyin əlacı hələ ki, tapılmayıb. Bəs, xəstəliyin bu qədər geniş yayılmasının əsas səbəbi nədir? Türkiyənin onkologiya üzrə məşhur həkimi, professor Yavuz Dizdar bu məsələni “Milliyət” nəşrinə dəyərləndirib. Televiziya ekranlarından tez-tez bu xəstəlik və ona qarşı mübarizə yolları ilə bağlı açıqlamalar verən professor bildirib ki, xərçəng və digər xəstəliklərin artması halları var: “Artıq İstanbulun bir neçə yerində onkoloji klinikalar açılıb. Xərçəng xəstəliyi ilə yanaşı bir çox yeni növ xəstəliklər ortaya çıxıb. Diqqət etsəniz görəcəksiniz ki, 101-5 il əvvəl ilə müqayisədə xərçəng, autizm, revmatizm, alzheimer xəstəliklərinin sayı sürətlə artır. Bunlara bağlı olan bir çox bağırsaq xəstəlikləri yaranıb. Bu isə artımın və xəstəliyin növünün çoxalmasının sistemli şəkildə olduğunu göstərir”. Professor bildirib ki, qatıqdan çox istifadə etdiyindən süd və qatığın tərkibi ilə bağlı araşdırma aparıb: “Məlum oldu ki, bu gün bizim yediyimiz süd və qatıq daha əvvəlkilər kimi deyil, dəyişib. İstifadə etdiyimiz süd, qatıq, ət dəyişib. Antibiotiklə böyüdülən toyuqlardan istifadəyə qarşıyam. Bizim yediyimiz quş növü olan toyuqların artıq bu növə aidiyyəti qalmayıb. 40 gün ərzində böyüyür, əgər həmin vaxt kəsməsəniz, 60-70 günə ölür. Meyvə və tərəvəzlərin yetişdirilməsində istifadə edilən dərmanlar ziyanlıdır və mən onlara qarşıyam. Badımcan və bibər əyri formada olur. Amma paketləmə rahat olsun deyə, dərmanla əyriliyi aradan qaldırırlar. Çox təəssüf ki, xərçəng xəstəliyinin artması qida ilə bağlıdır”. Professor müsahibəsində bildirib ki, inəklərdə südü artırmaq üçün xüsusi dərmanlar verilir: “İnəklərə məhsuldarlığı artırmaq üçün verilən bütün dərmanların təsiri südə keçir. Ona görə də süddən istifadə edilməsinin heç bir faydası qalmayıb. Kağız qutularda satılan süd artıq süd deyil. Südün termodinamik tərkibi dəyişdiyindən süd artıq süd olmaqdan çıxıb. Türkiyə gigiyenaya hədindən artıq sarıldığı vaxtdan xəstəliklər də artmağa başladı”. Meyvələrdəki şəkərin xəstəlik yaradıb-yaratmaması ilə balı suala professorun cavabı belə olub: “Bir portağalın incəlləməsindən sonra bəlli olub ki, tərkibində 20 növ kənd təsərrüfatı dərmanı var. Bu qədər dərmanın yanında meyvənin tərkibində olan şəkərin heç bir ziyanı olmaz”.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info