AXCP-dən İsa Qəmbərə daha bir zərbə
Tarix: 18.07.2013 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bu gün tanınmış politoloq Zərdüşt Əlizadənin “müxalifət Rüstəm İbrahimbəyov olmadan seçkiyə gedərsə, bu alçaqlıqdır” deməsi əslində İsa Qəmbərə ünvanlanmış bir mesaj oldu. Çünki hər kəsə bəllidir ki, indiki halda Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını “qəbul” edib öz namizədliyini də saxlayan yeganə müxalifət lideri İsa Qəmbərdir. O, Rüstəm İbrahimbəyov olmasa belə, seçkiyə gedəcəyini aşkar şəkildə bəyan edir.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, son vaxtlar Müsavatla aşkar intriqa aparan AXCP özünün mətbu orqanı olan “Azadlıq” qəzetinin saytında anında bu açıqlamanı yerləşdirdi.
Sirr deyil ki, AXCP Rüstəm İbrahimbəyovun namizədliyi üzərində qətiyyətlə dayanıb. İsa Qəmbər isə İbrahimbəyovun namizədliyinə razı olduğunu desə də, seçkidə öz namizədliyini verməyi də istisna etmir. Buna görədir ki, Müsavat başqanı alternativ namizəd kimi hələ də özünü göstərir. Son zamanlarda bu məsələ ətrafında gedən söz savaşı isə artıq söyüş həddinə çatıb. Əsasən, AXCP funksionerləri ilə Müsavat yetkililəri arasında yaşanan bu təhqiramiz söz savaşlarına sözügedən partiyalara aidiyyəti olmayan siyasilər də reaksiyalar verir.
Xatırladaq ki, Açıq Cəmiyyət Partiyasının(ACP) sədri Sülhəddin Əkbər də Müsavatın əleyhinə fikir səsləndirib. O, “milli şura”da Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyib, digər tərəfdən isə İsa Qəmbərin də öz namizədliyini saxlaması qurumun qətiyyətinə və iradəsinə kölgə salır, ictimai rəyi çaşdırır” deyib. Bu açıqlamanı da sosial şəbəkələrdə aktiv şəkildə paylaşan cəbhəçilər Müsavatın bostanına məqamı düşdükcə daş atmaqda davam edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info