“AtaBank” 2013-cü il iyun ayına maliyyə nəticələrini açıqladı
Tarix: 18.07.2013 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“AtaBank”ın 2013-cü ilin iyun ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub. Belə ki, 2012-ci ilin iyun ayı ilə müqayisədə aktivlər 28.9% və ya 68.1 mln manat artaraq 303.5 mln. manat olub. Bu barədə qurumdan məlumat verilib.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərəçarpacaq dərəcədə artım olub. Ümumi kredit portfeli 32.3% və ya 53.3 mln. manat artaraq, 218.4 mln. manat təşkil edib.
Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 29.1% və ya 57.2 mln. manat artaraq, 254.0 mln. manat təşkil edib. Qeyd edək ki, 2012-ci ilin iyun ayında bu göstərici 196.8 mln. manat təşkil edib. Eyni müddət ərzində əhalinin müddətli əmanətləri 44.8 mln. manat və ya 41.3% artaraq 153.0 mln. manatı keçib.
2012-ci ilin iyun ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olub. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info