Dövlət siyasətinin mərkəzində vətəndaş dayanır
Tarix: 29.01.2019 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib

Dövlətin hərtərəfli diqqət və qayğısı sayəsində məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

İndiyədək 102 yeni qəsəbə salınıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir, zəruri infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir. Ölkə başçısının apardığı islahatlar məcburi köçkünlərlə iş sahəsində uçot və nəzarətin, ədalət və şəffaflıq prinsiplərinin tam bərqərar edilməsinə yönəldilib. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın ağır vəziyyətdə, həyat üçün təhlükəli olan, qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Bu il 800 şəhid ailəsinə yeni mənzillər veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü zamanı bu istiqamətdə həyata keçirilən məsələlərə toxunulub.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşdüyünü deyən ölkə başçısı bildirib ki, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir: “Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilib. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilib. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik”.

Ümid qəsəbəsində yeni yaşayış binaları məcburi köçkünlərin ixtiyarına verilib
Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilmiş 300 ailəlik yeni yaşayış binaları artıq ilk sakinlərini qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, burada, ilk növbədə həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keçmiş avtobazanın inzibati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin inzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.
Xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beşmərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.

Beyləqanda 146 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Beyləqan rayonunda da müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. Kompleksin tikintisi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”ə əsasən həyata keçirilir.
146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. Hər biri 300 kubmetr olan iki ədəd içməli su anbarından birinin inşası başa çatıb, iki ədəd subartezian quyusu qazılıb, elektrik yarımstansiyası tikilib. Yaşayış kompleksində içməli su, qaz, elektrik, rabitə xətləri çəkiləcək, qəsəbədaxili yollara asfalt örtük salınacaq, yağış sularının axıdılması üçün arxlar tikiləcək, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Tikinti işləri ilə 9 şirkət məşğul olur. Əsasən, yerli sakinlər və məcburi köçkünlər olmaqla, 300-dən çox işçi, 20-yə yaxın texnika çalışır. İnşaat işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info