“Milli şura”da üçüncü namizəd də peyda oldu
Tarix: 18.07.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Billur Hümbətov: ”Milli şura”nın uçuruma getməsi qaçılmazdır”

“Milli şura”da təmsil olunan aparıcı müxalifət partiyalarının liderlərinin dəstəyi ilə Rüstəm İbrahimbəyov qurumun vahid namizədi kimi elan olunsa da, ziddiyyətli müzakirələr səngimək bilmir.
Artıq bu qurumda namizədlik məsələsində qarşıdurma yaradan Müsavatla AXCP-yə Azərbaycan Liberal Partiyası (ALP) da qoşulur. ALP-nin də namizədinin olacağına eyham vuran partiyanın sədr əvəzi Əvəz Temirxan görünür sözügedən qurumun dağılmasının yaxın vaxtlarda reallaşacağından ehtiyatlanıb.“Builki prezident seçkisində Liberal Partiyanın namizədi prezident seçiləcək. Buna tam əminəm”-deyə o vurğulayıb.
Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Billur Hümbətov “Palitra”ya verdiyi açıqlamada “milli şura”da iplərin nazildiyini söylədi: “ALP-nin də namizədinin olacağı haqda dəqiq məlumatım yoxdur. Amma bu olsa təəccüblənmərəm. Əslinə qalsa, Müsavatla bağlı məsələdə bunu gözləyirdik. Çünki bu partiya ilin əvvəlindən öz namizədini müəyyənləşdirmişdi. Partiya bəyan etmişdi ki, istənilən halda seçkilərdə öz namizədi ilə iştirak edəcək. Müsavatdan həmişə o tip addımlar gözlənilən olub və bunu da biz təbii sayırıq. O ki qaldı “milli şura”da müxalifətin bir araya gələ bilməmək probleminə, bu qurum əgər vahid namizədi müəyyənləşdirmişdisə, ora daxil olan bütün partiyalar bu məsələlərlə bağlı öhdəliklər götürüb şərtlərə əməl etməli idilər. Öhdəlik götürülüb, amma şərtlərə əməl olunmur. Təəssüflər olsun ki, Müsavat yenə öz ampluasında qaldı. İsa Qəmbər bəyan edir ki, öz namizədimizlə iştirakımız mümkündür. Liberal Partiyasının da belə fikrə gəlməsi isə artıq ciddi arzuolunmaz proseslərin başlanmasından xəbər verir”
VİP funksioneri deyir ki, ən dəhşətlisi cəmiyyətdə müxalifətə olan inamın bu cür intriqalarla daha da yox olmasıdır.: “Odur ki, artıq cəmiyyətin bu siyasi qurumlara qarşı olan inamı tamamilə ölüb. Müəyyən məqamda “milli şura” yarananda cəmiyyətdə belə fikir formalaşmışdı ki, nəhayət, müxalifət bir araya gəldi. Əslinə qalsa, biz o birləşmənin hansı səbəbdən olduğunu bilirik. Hansısa dövlətin “milli şura”nın yaranmasında rolu siyasətlə məşğul olan insanlara yaxşı bəllidir. Bu gün cəmiyyətdə müxalifətin birləşdiyi fikrini bir qurum daxilində bir neçə nəfərin namizədlik eşqinə düşməsi alt-üst etdi. Müxalifətə qarşı nifrət hissi bundan sonra daha da artacaq və onlara olan inamsızlıq çoxalacaq. Bunun fəsadları isə çox ağır olacaq. Təəssüflər olsun ki, müxalifət əslinə qalsa, heç bir xarici dövlətin iştirakı olmadan bir araya gələ bilərdi. Bu hal baş vermədi. İndi isə bəzi xarici dairələrin dəstəyi ilə yaranan “mili şura”nın uçuruma getməsi qaçılmaz hal alıb”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info