Bakının hər bir inzibati rayonu ərazisində ət kəsimi üçün torpaq sahəsi ayrılacaq
Tarix: 18.07.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov “Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər” mövzusunda mətbuat konfransı keçirdi. İdarə rəisi bildirdi ki, Bakı şəhərində 3-4 yerdə ət kəsiminin aparılması üçün rəsmi qaydada icazə verilib. O qeyd etdi ki, bu gün paytaxtın küçə və meydançalarında, ayrı-ayrı inzibati ərazilərində kəsim işləri aparılır:
“Bəzən insanlar müsəlmançılığa əsasən, gözləri qarşısında açıq şəkildə kəsilən heyvanların ətini yediklərini bəhanə edirlər. Əfsuslar olsun ki, belə olmamalıdır. Hər bir kəsimə gətirilən heyvan müvafiq nəzarətedici orqanların müayinəsindən keçməlidir. Sonra ayrıca kəsim sahələrində bu kəsim aparıldıqdan sonra ət satışı ilə məşğul olan mağaza və ya dükanlara gətirilə bilər. Ötən il mərkəz tərəfindən aparılmış monitorinqlər nəticəsində 61 ət satışı mağazası qanunsuz kəsim apardığına və sanitar normalara cavab vermədiyinə görə cərimə olunub”. Z.Kazımovun sözlərinə görə, müvafiq dövlət proqramında nəzərdə tutulub ki, paytaxtın hər bir inzibati rayonu ərazisində ət kəsiminin təşkil olunması üçün ayrıca torpaq sahəsi ayrılacaq və bu ərazilərdə sallaqxanaların yaradılması üçün müsbət rəy veriləcək. O qeyd etdi ki, hələlik bu sahədə 1-2 rayondan başqa sallaqxanaların açılması ilə bağlı müraciətlər edilməyib.

Bu il ölkədə yetişdirilən qarpızların tərkibində normadan artıq
nitrit aşkar edilməyib


Mövsümlə bağlı hazırda satışda olan qarpızla bağlı fikir bildirən idarə rəisi bildirdi ki, qarpızın 1 kiloqramında nitritin miqdarı 60 milliqram olmalıdır: “Son illər aparılan müşahidələr bunun bir neçə dəfə artıq olduğunu göstərirdi. Lakin 2013-cü ildə, yəni bu yay apardığımız müayinələrdə belə hallar aşkar olunmayıb”. Z.Kazımov qeyd etdi ki, ötən illərlə müqayisədə bu il ölkə ərazisində yetişdirilən qarpızların tərkibində nitritin normadan artıq aşkar edilməsinə rast gəlinməyib. Onun sözlərinə görə, bu da onu deməyə əsas verir ki, bu il yetişdirilən qarpızların tərkibi normaya cavab verir.

Qanunsuz mövsümi obyektlər, çayxanalar xəstəliklərin
yayılması üçün real təhlükə mənbələridir


Z.Kazımov onu da bildirdi ki, bu gün yay mövsümündə içməli suya tələbat artdığına görə Bakı şəhərinin ayrı-ayrı park və meydançalarında, qanunsuz mövsümi obyektlər-çayxanalar təşkil olunur: “Bunlar da vətəndaşlar arasında xəstəliklərin yayılması üçün real təhlükə mənbələridir”. O qeyd etdi ki, həmin ərazilərdə su-kanalizasiya sistemi sanitar normalara cavab vermir, bəzilərində heç bu sistem yoxdur və adi primitiv qaydada fəaliyyət göstərirlər: “Ölkədə əhalinin kütləvi toplaşdığı ərazidə açıq şəkildə qazlaşdırılmış suların, şirələrin satışı, cürbəcür xəmir məmulatları - peraşki, qutabların satışı ilə əlaqədar görülən tədbirlərə baxmayaraq, problemlər qalmaqda davam edir”. Z.Kazımovun sözlərinə görə, yay mövsümündə kəskin mədə-bağırsaq xəstəlikləri geniş yayılma ehtimalı daha çox olur: “Burada birinci növbədə ərzaq məhsullarının istehsalından sonra saxlanması və realizasiya müddətinin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Yay mövsümündə bəzi məhsullar tez xarab olur. Lakin bir sıra hallarda tez xarab olan məhsullar digər təkrar emaldan keçirilərək yeni bir məhsul kimi satış yerlərinə aparılır. Bunun da qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir”.

Sahil və Şıx çimərliklərində
çirklənmə normadan artıqdır


İdarə rəisinin sözlərinə görə, may ayından etibarən dəniz suyunun laborator müayinələrinə başlanılıb: “Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxdıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də laborator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radioloji, kimyəvi və bakterioloji müayinəsi keçirilir”. O bildirdi ki, aparılan monitorinqlər nəticəsində Sahil və Şıx çimərliklərində dəniz suyunun bağırsaq çöpləri ilə çirklənməsinin normadan artıq olduğu müəyyənləşib. Z. Kazımov qeyd etdi ki, əgər norma bir litr su üçün 44 mindirsə, burada 110 min, 200 minə qədər bağırsaq çöpləri ilə çirklənmə var: “Yəni birbaşa fekal çirklənmədir. Bununla əlaqədar qəbul edilən qərarın icrası müvafiq icraedici orqanlar olan Daxili İşlər Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info