“Hərbiləşdirilmiş Mühafizə Dəstəsi”nin əməkdaşları işlə təmin olunduqlarına görə Prezidentə və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər - VİDEO
Tarix: 31.01.2019 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


“Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşlar işlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Birinci vitse-prezidentin “Azərenerji” ASC-yə verdiyi göstərişə uyğun olaraq müvafiq işlə təmin edilən əməkdaşlar qeyd ediblər:
“Biz çox şadıq ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezidet Mehriban xanım Əliyeva bizim – “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-nin işçilərinin yazdıqları ərizəyə öz reaksiyalarını veriblər və ixtisara düşmüş işçilərin işə bərpa olunması haqqında göstəriş veriblər”.
Xatırladaq ki, yanvarın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verib. 2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info