“Azərbaycan Avropa və ABŞ-ın etibarlı tərəfdaşı və müttəfiqidir”
Tarix: 18.07.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu “The Hill” qəzetində Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol haqqında məqalə dərc olunub.
Qəzetin saytının məlumatına görə, ABŞ Nümayəndələr Palatasının Ohayo (Ohio) ştatından olan üzvü, respublikaçı Maykl Törnerin müəllifi olduğu məqalədə deyilir ki, ABŞ öz avropalı tərəfdaşlarına enerji daşıyıcıları mənbələrinin şaxələndirilməsində yardım etməlidir. Konqresmen hesab edir ki, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi ABŞ-ın bu sahədə tərəfdaşlığını, milli təhlükəsizliyini gücləndirəcək, yeni iş yerləri yaradılacaq, iqtisadiyyat inkişaf edəcək: “Avropa Rusiyanın qaz inhisarçısı “Qazprom”dan asılıdır. Şimalı Afrika və Yaxın Şərqin qaz ixrac edən ölkələrinə də çox ümid bəsləmək risklidir. Xoşbəxtlikdən Avropanın enerji təhlükəsizliyi Mərkəzi Asiya və Azərbaycanda baş verən hadisələrdən sonra daha da güclənib. Azərbaycanın Xəzər sektorunda yerləşən iri qaz yatağının hasilatı ilə məşğul olan şirkətlər bu yataqdan Avropaya qaz nəql edəcək TAP layihəsini seçiblər. Bununla da dünyanın ən iri qaz yataqlarından birindən hasil olunacaq qaz Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçəcək boru vasitəsilə avropalı istehlakçılara çatdırılacaq. Bu, yaxşı xəbərdir, çünki Azərbaycan Avropa və ABŞ-ın etibarlı tərəfdaşı və müttəfiqidir”. Daha sonra M. Törner öz yazısında xatırladır ki, Azərbaycan 7 milyard barel neft və 30 trilyon kub metr qaz ehtiyatlarına malikdir: “Lakin ABŞ-da şist qazın ehtiyatlarının aşkar edilməsi ölkəmizi bu sahədə birinci etdi və enerji bazarında dəyişikliklərə səbəb oldu. Bu da “Qazprom”la uzunmüddətli müqavilələrinə yenidən baxmalarında bizim avropalı tərəfdaşlarımıza kömək etdi”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info