Əmlakın qeydiyyatı son iki ildə rekord həddə çatıb
Tarix: 18.07.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 2013-2017-ci illər üçün Strategiya Planının təqdimatı keçirilib. Tədbirdə çıxış edən ƏMDK-nın sədr müavini Rafiq Cəlilov bildirib ki, Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində beynəlxalq məsləhətçilər tərəfindən hazırlanıb. Strategiya Planı yaxın beş il üçün Komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planlarını özündə birləşdirir.
ƏMDK-nin fəaliyyəti daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib. Sədr müavininin sözlərinə görə, Strategiya Planının hazırlanmasına ƏMDK tərəfindən Dünya Bankının dəstəyi ilə Niderland və Almaniyadan olan 4 beynəlxalq məsləhətçi cəlb edilib. Daha sonra beynəlxalq məsləhətçi Pyet Platinqa (Piet Platinga) tərəfindən strategiya planı və komitənin qurumları üçün biznes planların təqdimatı olub. Təqdimatda həmçinin beynəlxalq təşkilatlardan Dünya Bankının Azərbaycan ofisi, Almaniyanın KfW Bankının Azərbaycan nümayəndəliyi, Almaniyanın GIZ təşkilatının nümayəndələri, daşınmaz əmlakla bağlı maraqlı tərəflər və tərəfdaş təşkilatlar iştirak ediblər. Rafiq Cəlilov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 81 min daşınmaz əmlak qeydiyyata alınıb. R.Cəlilovun sözlərinə görə, 2008-ci ildə bu göstərici 120 min təşkil etdiyi halda, 2011-ci ildə 147 min, 2012-ci ildə 151 min olub. Bu ilin sonunadək bunun 160 mindən çox olacağı gözlənilir. Komitə rəsmisi vurğulayıb ki, iqtisadiyyatı inkişaf edən ölkələrin daşınmaz əmlak qeydiyyatı inkişaf edir və bu, Azərbaycanda da mövcuddur: «Belə ki, son iki ildə Azərbaycanda rekord sayda əmlak qeydiyyatdan keçirilib. Dünya iqtisadiyyatının göstəricilərinə görə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı dünyanın bu sahədə ən qabaqcıl 10 ölkəsi sırasına daxil olub». R.Cəlilovun sözlərinə görə, hazırda respublikanın bütün ərazilərində daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri hazırlanır: «Ötən il Sumqayıt şəhərinin kadastr xəritələri hazırlanıb. Bir aydan sonra Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarının vahid kadastr bazasını hazırlayıb təqdim edəcəyik. Sonra, Bakının 5, həmçinin respublikanın 53 şəhər və rayonunun rəqəmsal kadastr xəritələrini hazırlamağı planlaşdırırıq». ƏMDK rəsmisi Prezidentin tapşırığına əsasən ölkədə vahid ünvan reyestrinin yaradılması istiqamətində işlərin aparıldığını vurğulayıb. Komitə nümayəndəsinin sözlərinə görə, hazırda ƏMDK üzrə elektron arxivin yaradılması istiqamətində işlər aparılır. Torpaq islahatları ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olan məlumatlar ƏMDK-nın vahid məlumat bazasına transfer edilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info