Avropada epidemiya təhlükəsi
Tarix: 18.07.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl Avropadakı sel və daşqınlardan sonra indi havaların çox istiləşməsi, bürkülər yoluxucu xəstəliklər, epidemiyalar təhlükəsini artırır. Avropa ölkələrində indi ən ciddi təhlükə Asiya ağcaqanadlarıdır.
Almaniyanın KABS assosiasiyasının rəhbəri Norbert Bekkerin dediyinə görə, Dunay və Elba çaylarının sahillərində ağcaqanadlar "fantastik sürətlə" artır. "Həmin bölgələrdə gündüz saatlarında belə, insanlar yüzlərlə ağcaqanadın hücumuna məruz qalırlar. Rey sahilindəki bəzi bölgələrdə isə ağcaqanadlar o qədər çoxdur ki, göy üzü boz rəngə bürünüb" - deyə N.Bekker bildirib. Alimlərin dediklərinə görə, Almaniyada tropik ağcaqanad növləri sürətlə yayılır. Bu isə çox təhlükəli vəziyyətdir, çünki həmin həşəratlar ağır yoluxucu xəstəliklər yaradır. Hamburq şəhərindəki Bernard Noxt İnstitutu KABS ilə birlikdə Almaniyanın 55 fərqli bölgəsində 75 mindən artıq ağcaqanad toplayaraq laboratoriyada araşdırma aparıblar. Nəticələr qorxuncdur. Məsələn, Brandenburq şəhərində tutulmuş 3 ağcaqanad növündə "`Dirofilaria repens" adlı xəstəliyin daşıyıcı olan bakteriyalar aşkarlanıb. Eyni zamanda, dəri altına yeriyərək süfrələrini qoyan və artan qurdların bakteriyaları da tapılıb. Avstriya, Çexiya, Polşada da təhlükəli vəziyyətdir. Şərqi Avropanın digər ölkələrindəki ağcaqanadlarda isə müxtəlif xəstəliklər, o cümlədən Qərbi Nil virusunun daşıyıcıları aşkarlanıb.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info