Müxalifəti ayaqda saxlayan gizli maliyyələrdir...
Tarix: 01.02.2019 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bir neçə gün öncə müxalifət partiyaları Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərkən rəzalət yaşadılar. Yalandan 19 yanvar mitinqinə “on min adam topladıq” deyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının dəyişməyən rəhbəri Əli Kərimli və silahdaşları, eləcə də, onunla aşkar rəqabət və düşmənçilik aparan REAL Partiyası, Müsavat Novxanıya üst-üstə heç 300 nəfər toplaya bilmədilər. Belə olan halda, sual yaranır ki, “ay Əli Kərimli, bəs hanı o “on min adam?”. Əlbəttə, bu cür “möhtəşəm mitinq” görüntüsü yaratmaq, boğazdan yuxarı danışmaq AXCP rəhbərinin təxəyyülünün məhsulu idi, reallıq başqa idi.
Hər kəsə bəllidir ki, həmişə stadionun bir küncü qədər adam toplamağı bacaran müxalifət rəhbərləri bir balaca adam sayı çoxalanda, eyforiyaya qapılırlar. Həmçinin onların sosial bazası aşağı olduğu üçün mitinq çağırışlarına cəmiyyətdən daim mənfi reaksiya gəlir. Əgər 19 yanvar mitinqində əvvəlki mitinqlərdən fərqli olaraq bir qədər adam çoxluğu müşahidə edildisə, bu, həm Mehman Hüseynovla bağlı yaradılan şoudan istifadə və REAL Partiyasının da bu işlərə cəlb edilməsinə görə , həm də xaricdən aldıqları maliyyə hesabına bəzi siyasətdən xəbərsiz olan insanları şirnikləndirib, stadiona gətirməyə görə idi. Dəfələrlə sübut olunub ki, müxalifət partiyaları müxtəlif vasitələrlə xaricdəki havadarları, ayrı-ayrı antiazərbaycan təşkilatlar və ermənilərə bağlı olan “demokratiya institutları” tərəfindən maliyyə dəstəkləri alıblar. Qrantlarla yaşayan belə antimilli qüvvələrin son mitinqlərdən də az qazanmadığı şübhə doğurmur. Hətta heç yerdən maliyyələşmədiklərini bəyan edən müxalifət partiyaları rəhbərlərinin əksəriyyəti mühafizəçiləri, malikanələri, ofisləri hansı vəsaitlər hesabına saxlamaları haqqında danışmırlar.
Bu məsələyə hətta dünən parlamentin iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da münasibət bildirib. O deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Millət vəkilinin sözlərinə görə, bəzi müxalifət partiyaları maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmirlər, ya da boş təqdim edirlər ki, guya bunların maliyyə dövriyyəsi olmayıb: “Bəs maliyyələri yoxdursa, ofisləri, işçiləri, cangüdənləri haradan, necə olur? Bütün bunlar qaranlıq mənbələr hesabına edilir. Bu mənbələri ortaya çıxarmaq lazımdır. Mitinq keçirmək, təxribat törətmək, insanları küçəyə çıxarmaq - hamısı gizli maliyyə hesabına edilir. Bütün bunlar tapşırıq əsasında edilir. O gizli maliyyəni verənlər tapşırıq da verirlər. Onlar üçün xalq, dövlət anlayışı yoxdur, ancaq sifariş yerinə yetirirlər. Hesab edirəm ki, bütün bunların qarşısı qanunvericiliklə alınmalıdır”. Siyavuş Novruzov onu da qeyd edib ki, xaricdən Azərbaycana qarşı yönəldilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: “Onlar yalnız təhqir etməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Təhqiri də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Biz illərdir siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan inkişaf etdikcə, bizi sevməyən qüvvələrin halı daha da pisləşir”.
Həqiqətən də müxalifət cəbhəsində olanların əksəriyyəti arasında siyasi fırıldaq, maliyyə oyunları-xaricdən gətirilən çirkli pulların mitinqlər və s. adıyla istifadə olunması halları artıq adiləşib. İş o yerə çatıb ki, ötən ilin son aylarında qrant üstündə bir-biri ilə davaya qalxan Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında da bu cür ittihamlar oldu. Məhəmməd Mirzəli Tural Sadıqlının atasının bu cür çirkli pulların yuyulması ilə məşhur olmasını xatırlatmaqla məsələlərə nöqtə qoymuş oldu...
Bu cür oyunlarla bağlı ən son misal isə yanvarın 30-da bir qrup şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmə prosesinin keçirilməsi oldu. Məhkəmədə çıxışlar zamanı Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərməsi məlum olub. Bununla bağlı- məhkəmədə səslənən konkret fikirlər, etiraflar haqqında mətbuatda geniş yazılar da dərc edildi.
Qısası, mitinqlərə, özlərinin ətrafında olan azsaylı partiya üzvlərinə gəlir vasitəsi kimi baxan Əli Kərimlilər gizli maliyyələr hesabına təxribatlara, xaosa səbəb olacaq yeni-yeni aksiyalara cəhdlər edirlər. Lakin hər zaman olduğu kimi, bu cəhdləri də iflasa uğrayır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info