Ermənistanın ikinci böyük şəhəri Gümrüdə üzün müddət mer işləmiş Vardan Qukasyana qarşı cinayət işi qaldırılıb.
“Haykakan jamanak” qəzeti bildirir ki, Qukasyan 30 nəfərlik dəstəsi ilə birlikdə qızının nişanlısı, Ani bölgəsinin polis rəisi Samvel Arutunyanın qətlində günahlandırılan müttəhimi məhkəmədə döyərək ölümcül vəziyyətə salıb. Vəkil Lusine Saakyanın dediyinə görə, hazırda müttəhim renamasiyadadır və həyatla ölüm-dirim mübarizəsi aparır. Lakin “Haykakan jamanak"ın yazdığına görə, Vardan Qukasyana qarşı bununla bağlı cinayət işi açılmayıb. Ona qarşı qaldırılan cinayət işinin kökündə məhkəməyə hörmətsiz davranması durur.
|