Vergilər naziri Şəkidə vətəndaşları qəbul edib
Tarix: 19.07.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edərək onların qaldırdıqları problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul Şəki şəhərində vergilər naziri Fazil Məmmədov tərəfindən keçirilib. Şəki, Mingəçevir şəhərləri, Zaqatala, Balakən və Qax rayonlarından olan 70 nəfərədək vətəndaş vergi inzibatçılığı, vergi borcları, POS-terminalların quraşdırılması, sahibkarlığın inkişafına ciddi təkan verən güzəştli kreditlərin həcminin artırılması, təhsil sahəsində əlavə dəyər vergisinin ləğvinə baxmayaraq, bunun təhsil haqlarında əksini tapmaması və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər. Bundan əlavə, bir neçə vətəndaş müəllimlərin əməkhaqlarının artırılması və onlardan tutulan gəlir vergisinin məbləğinə yenidən baxılmasını xahiş edib. Öz növbəsində vergilər naziri Fazil Məmmədov həmin məsələnin əvvəlki görüşlərdə də qaldırıldığını diqqətə çatdırıb və artıq bu barədə Azərbaycan Prezidentinə məruzə etdiyini bildirib. Nazir dövlət başçısının bununla əlaqədar müvafiq tapşırıqlar verdiyini qeyd edib. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digər məsələlərin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info