Qırtlaq xərçəngi çətin aşkarlanan xəstəlik deyil
Tarix: 04.02.2019 | Saat: 09:41:00 | E-mail | Çapa göndər



Qırtlaq xərçənginə digər xərçəng növlərinə nisbətən daha az rast gəlinir. Belə ki, bu xəstəlik hər 100 min nəfərdən 5-6-da aşkarlanır. Əsasən səs telləri üzərində əmələ gəlir. Bu səbəbdən də əsas əlaməti səsdə xırıltının olmasıdır. Səsdə xırıltı iyirmi gündən çox davam edərsə, pasiyent mütləq qırtlaq müayinəsi etdirməlidir.
Digər əlamətlərə isə boğulma, qulağa vuran boğaz ağrısı, boyunda limfa düyünlərinin şişməsi və s. nümunə göstərmək olar. Bunlar xəstə müraciət etməyəndə ardıcıllıqla meydana çıxa biləcək əlamətlərdir. Pasiyent müraciət edərsə, qırtlaq endoskopik və ya Qarsie aynası ilə müayinə olunur. Qırtlaqda kələ-kötür bir törəmə aşkarlanarsa, biopsiya olunur və xəstəliyin diaqnozu asanlıqla qoyula bilir.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-otolarinqoloqu, tibb elmləri namizədi Araz Əliyev məlumat verib.
Mütəxəssis bildirib ki, əgər pasiyent vaxtında müayinədən keçirsə, səhhətinə qarşı diqqətlidirsə, xəstəlik adətən birinci mərhələdə aşkarlanır. “Qırtlaq xərçəngi çətin aşkarlanan xərçəng növü deyil. Bəzən pasiyent səsdəki xırıltıya fikir vermir və həkimə tənəffüs çətinliyi olanda müraciət edir ki, bu da xəstəliyin adətən dördüncü mərhələsinə təsadüf edir. Pasiyent həkimə birinci mərhələdə müraciət edərsə, sağalma şansı 80-90 faiz olar. Xəstəliyin son mərhələsində sağalma şansı 30 faizə bərabərdir. Əgər xərçəng uzaq metastaz veribsə, onda sağalma şansı 5-10 faizədək azalır. Erkən mərhələdə şüa terapiyası və əməliyyatdan hər hansı biri tətbiq oluna bilər. Lakin burada əməliyyat nisbətən üstünlük təşkil edir. Son mərhələdə isə müsbət nəticə əldə etmək üçün şüa terapiyası və əməliyyat paralel aparılır.
Bu xəstəliyə daha çox 50-60 yaşlı kişilərdə rast gəlinir. Qırtlaq xərçənginin əmələ gəlməsində əsas səbəb siqaretdən və alkoqollu içkilərdən istifadədir. Lakin 18 yaşda da qırtlaq xərçənginin aşkarlanması hallarına rast gəlinib. Buna səbəb isə genetik pozulmalardır”, - deyə o əlavə edib.
A.Əliyev digər xərçəng növlərində olduğu kimi, qırtlaq xərçəngində də irsi meyl amilinin mövcudluğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2020
Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
15.10.2020
Ehtimal edirik ki, qış aylarında koronavirusla bağlı artım pik həddən daha yüksək olacaq - Hande Harmancı
15.10.2020
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Xəstəxanadan reportaj
14.10.2020
Payız-qış aylarında COVID-19 virusunun aktivləşməsi gözləniləndir - TƏBİB
12.10.2020
Baş infeksionist: Hələlik COVİD-19-la əlaqədar karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info