“Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi”
Tarix: 04.02.2019 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti təlim Lənkəran şəhərində keçirilib. Təlim məşğələlərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının 20-dən çox restoran inzibatçısı iştirak edib.
İki gün davam edən təlimin məqsədi regionlarda mövcud ictimai iaşə obyektlərində xidmətin səviyyəsini yüksəltmək, bu obyektlərdə xidmət personalının bilik və təcrübələrini artırmaq, iaşə obyektlərində çalışanlara beynəlxalq təcrübəyə uyğun infrastruktur və sanitar-gigiyenik tələblərə dair metodiki kömək göstərmək, regionlarda turizmin inkişafına dəstək verməkdir.
Beynəlxalq sertifikatlı təlimçi Emin Novruzovun apardığı təlimdə iştirakçılara ictimai iaşə obyektlərində xidmətin təşkili, xidmət standartları və etiketləri, müştərilərlə davranış qaydaları, masa düzülüşü, gigiyena və sanitariya qaydaları, geyim tərzi, xarici görünüşə olan tələblər və digər mövzularda məlumatlar verilib, onlara qazandıqları bilikləri əyani nümayiş etdirmək imkanı yaradılıb.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, layihə Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olub. Bu çərçivədə təlimlər indiyədək Şəki və Qubada təşkil edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Koronavirus tətilləri
07.04.2020
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
07.04.2020
Qan verək, uşaqları xilas edək!
07.04.2020
Çinin Cek Ma və Alibaba fondları Azərbaycana tibbi humanitar yardım göndərib
07.04.2020
Diaspor rəhbərindən dünya azərbaycanlılarına birlik çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info