“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
Tarix: 04.02.2019 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Günel İbrahim:
“Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək”

Etika Akademiyasının rəhbəri, hüquqşünas və Britaniya təhsilli HR Günel İbrahim Azərbaycanın 10 kəndini içməli su ilə təchiz edib. Günel İbrahim “Palitra”ya müsahibəsində həyata keçirdikləri layihə haqqında geniş məlumat verdi.
- Günel xanım, necə oldu regionlarda içməli su layihələrini reallaşdırdınız?
- Ünsiyyət qurmaq bacarığı, fikirləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər veririk. Bir çox şirkətlər ölkəmizə öz korporativ məsuliyyətlərinə xüsusi fikir verirlər. Onlarla apardığımız danışıqlar sayəsində təhsilə, aztəminatlı ailələrə, internat məktəblərinə və su problemləri olan regionlara dəstək durmağa çalışırıq.
- Niyə məhz içməli su problemlərimizə aid layihələr və bu nə qədər vacibdir?
- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda, ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə "İçməli su" Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Rayonlarda - Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilib. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq.
Bu məsələyə aid bir çox özəl şirkətlər, qurumlar öz KSM-ni məhz su layihələrinə xərcləyirlər. QHT-lər bu layihələrin icrasında önəmli rol oynayırlar.
- Rəhbərliyini etdiyiniz içməli su təminatı üzrə layihələr bir şirkətdir, ya bir neçə?
- Sırf su üzrə layihəmizin 80% maliyyə dəstəyini JTİ (Japon Tabacco İnternational) alırıq. Digər hissəsini öz təşkilatımızın büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilatımız çərçivəsində layihəni icra edirik. Son 4 ildir İsveçrədə yerləşən, nümayəndəliyi Bakıda da olan JTİ ilə partnyorluq edirik. 2014 -2018 illəri ərzində 10 rayonda layihə icra etmişik. 50000-dən artıq əhalini əhatə edə bilmişik.
- Günel xanım, layihə hansı rayonlarda icra edildi?
- Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarıdır. Bu il daha 3 kənd nəzərdə tutulub.
İlk rayonumuz Kürdəmir rayonunun Qarasaqqal kəndi idi. O kənddə kanal suyun təmizlənməsi ilə içməli su əldə edə bildik. Çox çirkli olduğuna görə bizdən öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin son müasir ionlaşdırma texnologiyasından istifadə edərək davamlı içməli su mənbəyi əldə edə bildik. Bu layihəm Amerika Ticarət Palatası tərəfindən birincilik əldə etdi. Digər xüsusi yadda qalan və həssaslıqla yanaşdığımız Ağdam rayonun Dörd yol kəndi idi.
- Bir layihəni neçə müddətə icra edirsiz? Bir xanım olduğunuzu da nəzərə alaraq tikinti, qazıntı işlərini idarə etmək çətin gəlmir?
-Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu subartezian quyusudursa, təxminən 85 -95 metr dərinlikdən su əldə edilir. Nasosnan üzə çıxarılır. Tonlarla çən quraşdırılır. Əgər suyun təmizlənməsidirsə, xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.
Xeyr, artıq çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət komandamız var. Bu geoloqlardı, tikinti üzrə peşəkarlar və su üzrə ekspertlərdir.
- Günel xanım, işlərinizdə uğurlar arzu edirik. Sonda demək istədiyiniz bir fikir varmı?
- Diqqətinizə görə təşəkkür edirəm. Regionlarımızın sosial iqtisadi inkişafı və rifahı üçün ölkə başçısı cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayırır, diqqət yetirir. Biz də öz vəzifə borclarımızdan kənar sosial məsuliyyətimizi tam dərk etsək və töhfəmizi versək buna daha sürətlə nail olacağıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
15.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
14.10.2019
“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”
10.10.2019
“Təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik”
08.10.2019
Pamukkale Universiteti Azərbaycanın universitetləri ilə ikitərəfli əməkdaşlığa böyük önəm verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info