Soğan möcüzələr yaradır - öskürək, boğaz ağrısı, iltihab, qurdlar...
Tarix: 05.02.2019 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq üçün ən yaxşı vasitələrdəndir.
Təbii vasitələr sintetik vasitələrədən daha təhlükəsizdir. Həmçinin ucuz başa gəlir. Soğan bu mənada möcüzəli bir tərəvəzdir.Xalq təbabətində soğanın köməyi ilə bir çox xəstəliklər müalicə olunur.

Öskürək
Soğan suyu öskürək əleyhinə ən effektli siropdur. Soğan şirəsini sıxıb eyni miqdarda balla qarışdırın və gün ərzində 3 dəfə 1 x.q. olmaqla qəbul edin.

Qızdırma
Tibb.az bildirir ki, bu üsulu əsasən uşaqlara tətbiq etmək yaxşı olardı. Uşaqda temperatur qalxdıqda, soğan əzilib suyu üzüm ya alma sirkəsi ilə qatışdırılır. Sonra isə uşağın corabını bu məhlulla isladıb, ayağına geyindirmək lazımdır. 10- 15 dəqiqəyə istilik düşəcək.

Boğaz iltihabı
Boğazda iltihab zamanı boğazınızı soğan suyu ilə qarqara edin.

Üşütmə
Çox üşümüsünüzsə, çiy soğan yemək canınıza hərarət gətirəcək.

Qanı dayandır
Barmağınızı kəsmisinizsə, kəsilən yerə soğan parçası qoyub bağlamaq qanı dayandıracaq.

Çapıqları azaldır
Soğanın köməkliyi ilə çapıqların ölçülərini kiçiltmək olar. Bunun üçün soğan suyu ilə davamlı olaraq çapıqları silmək lazımdır.

Soğan iltihabı azaldır
Soğan suyu orqanizmdə iltihabla mübarizə etmək üçün ən yaxşı üsuldur.

Dodaqlarda herpes
Herpesin ilk simptomlarında bu yerə soğan şirəsini çəkin.

Qurdları müalicə edir
Soğan güclü qurdqovucu vasitədir. Bu məqsədlə uşaqlara hər gün çıy soğan yedizdirin və ya soğan suyu içirdin.

Göynəmə ilə mübarizə
Günəş yanğısı xoşa gələn hal deyil. Soğan suyu ilə isladılmış əskini 2 dəqiqəlik göynəmənin üzərinə qoyulması, yaxşı effekt verir. Sonra isə göynəyən yerin üzərinə yumurta ağı çəkmək həm ağrını sakitləşdirəcək, həm də çapıq qalmağa qoymayacaq

Arı sancması
Sizi arı sancıbsa, həmin yeri sıxın, sonra üzərinə ağ soğan parçası qoyun. Bu ağrını azaladacaq , zəhəri məhv edəcək və dərini qıcıqlanmağa qoymayacaq.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Azərbaycan əczaçılarından Prezidentə dəstək
26.10.2020
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info