Şam ağacı qozası soyuqdəyməni, bronxiti, insultu müalicə edir
Tarix: 07.02.2019 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Təzə şam ağacı qozaları qədim zamanlardan sinqa (diş əti xəstəliyi), vərəm, bronxit, soyuqdəymə, oynaqlar xəstəlikləri zamanı geniş istifadə olunurdu.
Soyuqdəymə, bronxit, vəzərəm zamanı təzə şam qozaları dəmlənilir və içilir. Oynaqlar xəstəlikləri zamanı dəmləmə həm içilir, həm də islatmalar şəklində istifadə olunur - dəmləmədə pambıq parça isladılır və xəstə oynağın üzərilə qoyulur.
Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə güclü iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir.
Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var. Bu maddələr insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Şam ağacı qozalarının bu nadir xüsusiyyətini Amerika alimləri aşkar ediblər. İnsult zamanı və insultdan sonra insanın beynində hüceyrələr çox sürətlə ölür ki, bu da müxtəlif və çox ciddi pozulmalara səbəb olur. Belə ki, statistikaya görə, insult keçirmiş insanların 1/3 hissəsi ölür, 1/3 hissəsi əlil qalır və ətrafdakıların daimi köməyinə möhtac olur, digərlərində müxtəlif nitq, yaddaş və s. ciddi pozulmalar inkişaf edir.
Amerika alimləri siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər zamanı məlum olub ki, şam ağacı qozasının tərkibində olan tanin maddələrini qəbul edən siçanlarda bu maddələri qəbul etməyən siçanlarla müqayisədə insultdan sonra beyin hüceyrələrinin xeyli hissəsi salamat qalıb.
Şam ağacı qozasından dəmləmə hazırlamaq üçün 5 təzə qoza götürülür, yaxşı yuyulur, doqranilir, üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 5 dəqiqə ərzində qızdırılır. Dəmləməni soyudun və gün ərzində 2 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin.
Belə dəmləməni insultdan sonra və insultun profilaktikası məqsədi ilə, bronxit, soyuqdəymə zamanı qəbul etmək olar.
Dəmləməni qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı bu dəmləmənin qəbulu əks-göstəriş sayılır.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info