Nurəddin Məmmədli: “Müxalifət daxilində müəyyən anlaşılmazlıqlar yaranıb”
Tarix: 19.07.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


AXCP-Müsavat qarşıdurmasına “milli şura”da təmsil olunmayan müxalifətçilər də qoşulublar. İsa Qəmbərin özünü ehtiyat namizəd kimi saxlaması cəbhəçilərdə qıcıq doğurduğundan onlar Rüstəm İbrahimbəyovun namizədliyinin heç vaxt gündəmdən düşməyəcəyini bəyan edərək, əks halda seçkiləri boykot edəcəklərini də deyirlər. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da lazım gələrsə,seçkilərdə Rüstəm İbrahimbəyova dəstək verəcəklərini deməsi isə artıq İsa Qəmbər üçün soyuq duş oldu.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli “Palitra”ya verdiyi açıqlamada müxalifət daxilindən AXCP-nin dəstəklədiyi Rüstəm İbrahimbəyova siyasi dəstəyin gələcəyini dedi: “Son zamanlar müxalifətin birləşməsi ideyasını gündəmə gətirmişik. Bu istiqamətdə zaman-zaman səylər də göstərilib. “Milli şura” vasitəsilə buna nail olduğumuzu düşünürəm. Bizim daim gündəmdə saxladığımız bir fikir var ki, özünü müxalifət hesab edən hər kəs bu düşərgənin vahid namizədini dəstəkləməlidir. Müəyyən ziddiyyətlər və fikir müxtəlifliyi olsa da, bu gün əksər müxalifətçilərin mövqeyi AXCP-nin mövqeyi ilə üst-üstə düşür. Yəni, Rüstəm İbrahimbəyovun namizədliyinin dəstəklənməsi məsələsində hamı eyni nöqtəyə vurmalıdır.
Bizim “milli şura” və onun namizədi ilə bağlı seçimimizin düzgün hərəkət olduğuna əminəm. Sadəcə olaraq bəzən siyasi partiyalar arasında müəyyən anlaşılmazlıqlar yaranıb deyə bir qədər bu qurumda müxalifətin yola getməməsi görüntüsü var”.
Nurəddin Məmmədli deyir ki, “milli şura”nın vahid namizədi qeydə alınmasa, müxalifət daxilində cərəyan edən sonrakı proseslərin hansı istiqamətdə gedəcəyini demək çətindir: “Əgər Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı problem yaransa, müxalifət daxilində hansı problemlərin yaranacağını deyə bilmərəm. Amma vahid namizədimizin qeydə alınmasında problem olmayacağını düşünürəm.
Dünyanın geopolitik baxımından ən mühüm əhəmiyyət daşıyan bir regionunda yerləşirik. Belə bir ölkədə prezidentliyə namizəd olmağın özü də ciddi məsuliyyətdir. Düşünürəm ki, hadisələr demokratik məcrada cərəyan edəcək”.
Göründüyü kimi, İsa Qəmbərin özünü ehtiyat namizəd kimi saxlamasına qarşı çıxan AXCP Rüstəm İbrahimbəyova gələn istənilən dəstəyi açıq şəkildə alqışlayır. AXCP-nin Müsavatla yola getməməsinin əsas səbəbi olan namizədlik məsələsində problemləri qarşıdakı günlərdə hələ çox görəcəyik.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info