BSU Azərbaycanı xaricdə tanıtmaq istiqamətində yeni addımlar atır
Tarix: 19.07.2013 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən verilən məlumata görə, 19 iyul tarixində BSU-nun konfrans zalında yaxın gələcəkdə Bolqarıstan və Rusiyanın ali məktəblərində BSU tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzlərinin açılışına hazırlıqla bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında tədris işləri, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorlar jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Bildirilib ki, BSU əsrin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə yaradılmış və qısa müddət ərzində bir çox layihələrə imza atmaqla və faydalı beynəlxalq əlaqələr qurmaqla geniş nüfuz qazanmış, Avropa təhsil məkanına inteqrasiya olunan ölkə təhsil sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib: “Slavyan xalqlarının dilləri və mədəniyyətlərini Azərbaycanda tədris, tədqiq və təbliğ edən BSU xarici dövlətlərin nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlıq sazişləri imzalayıb. Tələbə və müəllim mübadiləsi həyata keçirməklə, müştərək elmi əsərlər nəşr etdirməklə, müasir elmin aktual problemlərinə həsr olunmuş beynəlxalq konfranslar və simpoziumlar təşkil etməklə, irimiqyaslı və uzunmüddətli beynəlxalq elmi layihələr ərsəyə gətirməklə yanaşı, Azərbaycanın dünyaya tanıdılması, xalqımızın tarixi, dili və mədəniyyətinin, onun zəngin milli və mənəvi dəyərlərinin, ümumilikdə isə azərbaycançılığın xarici ölkələrdə təbliği istiqamətində uğurlu addımlar atmaqdadır.
Bu gün BSU tərəfindən yaradılmış və Azərbaycanı təbliğ edən tədris-mədəniyyət mərkəzləri Rusiyanın Moskva Dövlət Linqvistik Universitetində, Belarusun M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində və Kiyev Milli Linqvistik Universitetində uğurla fəaliyyət göstərir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor K.M.Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış bu mərkəzlərdə Azərbaycan dili tədris olunur, dövlət və milli bayramlar qeyd edilir, ölkəmizin görkəmli ziyalıları, elm və mədəniyyət xadimləri, şair və yazıçılarla, səfirlik nümayəndələri, diaspor təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirilir, kitab təqdimatları və sərgiləri, elmi seminarlar, dəyirmi masalar və disputlar təşkil olunur.
Yaxın gələcəkdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək prezident seçkiləri ərəfəsində Bakı Slavyan Universiteti iki ölkənin–Bolqarıstan və Rusiyanın nüfuzlu ali məktəblərində yeni Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin açılışına hazırlaşır. BSU-nun Bolqarıstanın paytaxtında yerləşən Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki B.Yeltsin adına Ural Federal Universiteti ilə imzaladığı qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyətə başlayacaq Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin rəsmi açılışı sentyabr ayının sonu–oktyabr ayının əvvəllərində gözlənilir. Hər iki universitetdə tədris-mədəniyyət mərkəzləri üçün xüsusi otaqlar ayrılıb və hazırda Azərbaycanın bir guşəsinə çevriləcək bu otaqlarda əsaslı təmir işləri həyata keçirilməkdədir.
BSU bu mərkəzləri həm tədris prosesində, həm də mədəni-kütləvi tədbirlərdə geniş istifadə ediləcək ən müasir texniki avadanlıqlarla-kompyuter avadanlıqları, geniş ekranlı televizor və proyektorla təchiz edəcək, Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı məlumatlardan, sənədli və bədii filmlərdən, klassik və müasir musiqi nümunələrindən ibarət audio və videodisklərlə, milli məişət və bəzək əşyaları ilə təmin edəcək. Burada Azərbaycanın müasir durumu, beynəlxalq siyasi və iqtisadi əlaqələri, turizmin inkişafı, ölkənin mədəni həyatı, ədəbiyyatı və incəsənəti barədə zəngin məlumatlar toplanacaq.
Mərkəzlərin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən, onun müasir həyatından bəhs edən albom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, elmi nəşrlər, dərsliklər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından, dövri mətbuat nümunələrindən ibarət olacaq.
Hər iki ali məktəbdə fəaliyyətə başlayacaq Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin BSU-da fəaliyyət göstərən “Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzi, Bolqar Dili və Mədəniyyəti Mərkəzi, Rusiya Tədris-Mədəniyyət Mərkəzi ilə birgə universitetlər arasında müəllim və tələbə mübadiləsində, tərcümə, bolqarşünaslıq və rusiyaşünaslıq ixtisasları üzrə tədris proqramı çərçivəsində keçirilən istehsalat təcrübələrinin təşkilində, elmi tədqiqatlarla və müştərək elmi əsərlərin buraxılışı ilə bağlı birgə layihələrin həyata keçirilməsində, müəllim və tələbələrin beynəlxalq elmi konfranslarda iştirakının təmin edilməsində fəal iştirakı nəzərdə tutulub. Burada gələcəkdə bolqar və rusiyalı tələbələrə Azərbaycan dilinin xarici dil qismində tədrisi də, bu coğrafi məkanlarda yaşayan həmvətənlərimizin övladları üçün Azərbaycan dili üzrə Bazar günü məktəblərinin təşkili də, Azərbaycana maraq göstərən yerli tələbələrin “Azərbaycanın dostları” klubunun yaradılması da nəzərdə tutulub.
Yeni yaradılan tədris-mədəniyyət mərkəzlərinin məqsədi xarici ölkələrin ali məktəb tələbələrini xalqımızın tarixi və mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yaxından tanış etmək, Azərbaycan reallıqlarına qovuşdurmaq, xalqımızı və ölkəmizi onlara tanıtmaqdır. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliği sahəsində Bakı Slavyan Universitetinin əldə etdiyi təcrübə hər bir mərkəzin bu məqsədə nail olacağına əminlik yaradır”.
Günay




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info