Madriddə nümayiş toqquşmalarla başa çatıb
İspaniya paytaxtında oğurluğa və korrupsiyaya qarşı keçirilən nümayiş mitinqçilərin polislə toqquşması ilə başa çatıb. Qeyd edək ki, Mariano Raxoy hökumətinin başçısının və az qala bütün nazirlərin istefasını tələb edən minlərlə adam Madridin mərkəzində aksiya keçirib.
Baş nazir səs-küylü qalmaqalın hədəfinə çevrilib. Onu faktiki olaraq 2011-ci ilin seçki kampaniyası zamanı rüşvət almaqda ittiham edirlər.
Etiraz aksiyası dinc şəkildə davam etsə də polis işçiləri nümayişçilərin yolunu kəsməyə başlayanda, qarşı tərəf onların üstünə daş və butulka yağdırmağa başlayıb.
Buna hüquq mühafizə orqanlarının cavabı sərt olub. Tutulanlar və zərərçəkənlər var.

Xəbər 430 dəfə oxundu.