Psixi xəstə uşaq bağçasında qorxulu anlar yaşatdı
Bazar günü psixi cəhətdən xəstə olan gənc Tverdə uşaq bağçasının ərazisində qoşalülə tüfəngdən atəş açıb, lakin heç kim zərər çəkməyib. Fövqəladə hadisə Rotmistrova küçəsində yərləşdirilmiş uşaq bağçasının ərazisində baş verib. Hadisə yerinə növbətçi polis dəstələri gəlib. Silahlı şəxs polis əməkdaşları və dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin dəstələri tərəfindən mühasirəyə alınıb.
Gizlənməyə cəhd edərkən cinayətkar saxlanılıb. Bu cinayətkar 1990-cı il təvəllüdlü psixi cəhətdən xəstə olan gəncdir. Tədqiqatçılar aydınlaşdırıblar ki, psixi xəstə intihar etmək üçün qoşalülə ov tüfəngini öz dayısından oğurlayıb.
Xəbərdə deyilir ki, psixi xəstənin hərəkətləri nəticəsində heç kim zərər çəkməyib.

Elnarə

Xəbər 398 dəfə oxundu.