Horadizdə partiya fəalları ilə görüş keçirilib
Bu gün Horadiz şəhəri Heydər Əliyev Mərkəzinin akt zalında 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar partiya fəalları ilə görüş keçirilib. Tədbirdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP idarə heyətinin üzvü Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə birgə 346 nəfər partiya fəalı iştirak edib.
Görüşdə YAP rayon təşkilatının sədri Almaz Həşimova, M.Qurbanlı, B.Muradova, A.Alıyev çıxış edərək prezident seçkisi ilə əlaqədar əhali arasında maarifləndirmə işlərinin aparılması, fəallığın artırılması, seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsini təmin edən tədbirlərin həyata keçirilməsi məqsədilə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Görüşdə çıxış edənlər rayonda seçkilərə hazırlığın yüksək səviyyədə təşkil olunacağına və seçkilərin mütəşəkkilliklə keçiriləcəyinə inamlarını ifadə ediblər.

İlkin

Xəbər 464 dəfə oxundu.