Mirzə Sakit: “İbrahimbəyovu pivəyə dəyişərdim”
Müxalifətin tanınmış yazarı Mirzə Sakit Rüstəm İbrahimbəyov və ümumilikdə müxalifət düşərgəsinin son fəaliyyətinə tənə ilə yanaşıb.
Mirzə Sakit sosial şəbəkələrdə səsləndirdiyi fikirlərdə deyib: “Bir yekə daş yeri bilən varsa, xahiş edirəm mənə deyin. Başıma yekə bir daş salmaq istəyirəm. Gücüm çatmasa, siz də mənə kömək edin ki, o daşı başıma salım və daşın altında lılığlanmış və əzilmiş əncirə dönüm...
Bu ayın 31-də kinorejissorumuz Rüstəm İbrahimbəyov Azərbaycana gəlməli idi.İndi də deyirlər ki, gəlmək təxirə salınıb, bəy gəlməyəcək. “Milli şura”nın 15 nəfərlik üzvlərindən ibarət nümayəndə heyəti Tiflisə səfər edərək, Rüstəm bəylə orada görüşəcəklər və görüşdən sonra da xaçapuri yeyəcəklər... Bir də deyirlər ki, Rüstəm bəy indiki məqamda Bakıya gələ bilməz, ona görə ki, hakimiyyət qondarma cinayət işi ilə onu Kürdəxanı təcridxanasına göndərə bilər. Şəxsən, mən buna çox pis baxıram. Vahid namizəd gərək seçkiyə qədər ağappaq, yup-yumşaq pambıqda saxlanılsın ki, xalq ona baxanda fərəhlənsin və necə lazımdır qürurlansın”.
Mirzə Sakit Rüstəm İbrahimbəyovun min bir bəhanə ilə ölkəyə gəlmək istəməməsini tənqid etdikdən sonra müxalifət liderlərinin vahid namizəd kimi seçdiyi kinorejissoru bir bakal pivəyə dəyişməyə hazır olduğunu da vurğulayıb: “Ayıbdır vallah, kəsdiyimiz çörək haqqı ayıbdır. Nə qədər desən andımız var, amma bir əməlli namizədimiz olmadı. Sabah məni vahid namizəd elan edələr, elə sabah da Bakıya gəlməsəm, anamın südü mənə haram olar. Vahid namizəd dedikdə millətin, xalqın müqəddəratının həllinin banisi yada düşür.Buna bax hələ bir, bu qayıtsa, bunu türməyə salacaqlar. Gözümüz aydın…
Türmədən qorxan lideri məmnuniyyətlə bir bakal pivəyə dəyişərdim. İnciməyin ha... Yalan dedimsə deyin ki, ayıb olsun sənə”.
Tural


Xəbər 560 dəfə oxundu.