Putin Şimali Koreya lideri ilə görüşəcək

Şimali Koreya lideri Kim Çen İn Rusya prezidenti Vladimir Putin ilə görüşəcək.
Şimali Koreya Amerika Birləşmiş Ştatları ilə razılığa gəlməmək barəsində siqnal vedi, Rusiya ilə yaxınlaşmağa başladı.
Şimali Koreya lideri Kim ilə Rusiya prezidenti Putinin gələn həftə bir araya gələcəyi açıqlandı.
Kreml iki lider arasındakı görüşdən Kimin hakimiyyətə gəldiyi 2011-ci ildən bu yana həyata keçiriləcək ilk görüş olacağını vurğuladı.
Görüşün Putinin Çində keçiriləcək müasir İpək Yolu kimi tanınan "Nəsil və Yol" sammiti ərəfəsində ölkənin şərqindəki Vladivostok şəhərində keçirilməsi gözlənilir.
Kimin son dəqiqədə planlarını dəyişə biləcəyi də qeyd olunur.
Rusiyanın RIA xəbər agentliyi isə Şimali Koreyadan bir nümayəndə heyətinin çərşənbə günü Vladivostoka səfər edərək bölgədəki qatar stansiyanı təftiş etdiyini və təhlükəsizliklə bağlı yoxlamalar apardığını bildirdi.
Şimali Koreya lideri Kim Çen İn atası və babası kimi xarici səfərlərində nəqliyyat vasitəsi kimi qatara üstünlük verir.
Şimali Koreya ilə Rusiya arasında yüksək səviyyəli görüş ən son 2011-ci ildə ildə baş tutub.
Qeyd etmək lazımdır ki, Kim Çen İnin atası Kim Çen İl ölümündən bir neçə ay əvvəl bir toplantıda iştirak etmək üçün Rusiyaya getmiş, dövrün prezidenti Dmitriy Medvedev ilə görüşmüşdü.

Xəbər 181 dəfə oxundu.