Borjomidə yenidən meşə yanğınları tüğyan edir

Gürcüstanın kurort bölgəsi olan Borjomidə yenidən meşə yanğınları tüğyan edir. AZƏRTAC xəbər verir ki, hazırda Borjominin Sakire kəndi yaxınlığındakı dərədə güclü yanğın var. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, yanğının söndürülməsinə Tbilisi, Borjomi, Axaltsixe, Aspindza və Adiqeni regionlarından 150-yə yaxın xilasedici-yağnsöndürən cəlb olunub.
Yanğının söndürülməsində sərhəd polisinin də bir helikopteri iştirak edir.


Xəbər 165 dəfə oxundu.