Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi əsas məqsədlərdəndir
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sektor qarşısında telekomunikasiya infrastrukturunun inkişafı ilə bağlı strateji hədəflər qoyulub. Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genləndirilməsi, mobil sektorunda RPE texnologiyaların tətbiqi əsas məqsədlərdən biridir.
Bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitindəki çıxışında deyib.
Bu istiqamətdə mühüm işlərin görüldüyünü vurğulayan nazir bildirib: “Hesab edirik ki, bu infrastrukturlar müasir maliyyə xidmətlərinin, internet və mobil bankçılığın inkişafı üçün olduqca vacibdir. “Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən biri də rəqəmsal ödənişlərin genişləndirilməsidir. Bu çərçivədə hazırlanmış və qəbul olunmuş Dövlət Proqramının icrasında nazirlik Mərkəzi Bankla sıx əməkdaşlıq edir”, - deyə R.Quluzadə əlavə edib.
Nazir bildirib ki, son illərdə informasiya texnologiyaları sektorunda yeni inkişaf növləri meydana gəlib. Blokçeyn, blok texnologiyaları, süni intellekt, iri məlumatların emalı və digərləri geniş tətbiq olunmağa başlanıb. Bu texnologiyalar həmçinin müasir fintex texnologiyalarının əsasını təşkil edir. Hazırda blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağılı yeni mexanizmləri formalaşdırılır.

Xəbər 190 dəfə oxundu.